DÜNYA
“Böyük yeddilik” dövlətləri inkişaf etməkdə olan ölkələrə təqribən 1 milyard doza vaksin verəcəklər
Berlin, 12 iyun, AZƏRTAC
“Böyük yeddilik” üzvü olan dövlətlər inkişaf etməkdə olan və özünü koronavirusa qarşı preparatlarla təmin edə bilməyən ölkələrə təqribən 1 milyard doza vaksin verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu yardım həm hazır vaksinlərin verilməsi, həm də onların istehsalının maliyyələşdirilməsi şəklində həyata keçiriləcək. Sözügedən 1 milyard doza vaksinin 50 milyon dozası ən yoxsul ölkələrə bu il sentyabrın sonuna qədər, qalan 950 milyon doza isə gələn il ərzində təqdim olunacaq.
Bir sıra dövlətlər, xüsusən inkişaf etmiş ölkələr onların öz əhalisini bir neçə dəfə immunlaşdırmaq üçün kifayət edəcək qədər vaksin ehtiyatı tədarük ediblər.
AFR hökuməti bəyan edib ki, ölkədə bu sahədə çox iş görülüb və Almaniya pandemiyaya qarşı mübarizənin ən böyük tərəfdarlarından biridir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]