Azərbaycan Dövlət İnformasiya Agentliyi

“bp-AZƏRBAYCAN” ŞİRKƏTİNİN VİTSE-PREZİDENTİ ROB KELLİNİN ÇIXIŞI

- Cənab Baş nazir!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Mən sizin hamınızı salamlayıram. Mən bu gün burada, bu rəsmi açılış mərasimində ABƏŞ-in prezidenti Devid Vudvordun, habelə bp və onun “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində hasilatın pay bölgüsü sazişlərindəki tərəfdaşları adından çıxış edirəm. Bu tərəfdaşlar da Azərbaycan Dövlət Neft Şirkəti, “Yunokal”, “EksonMobil”, “Statoyl”, “Türk petrolları”, “İMPEKS”, “Devon”, “İtoçu”, “Luk-Acip”, “Niko” və “Total” şirkətləridir. “Eupec” boru örtükləmə obyektinin bugünkü rəsmi açılışında iştirak etməkdən mən çox məmnunam. “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinin birinci fazasının layihəsi üzrə 2001-ci ilin avqust ayında tikinti işlərinə başlanmışdır. “Şahdəniz” layihəsi üzrə isə tikinti işlərinə bu ilin fevral ayında start verilmişdir.

Həm “Azəri-Çıraq-Günəşli”, həm də “Şahdəniz” layihələrinin tikinti mərhələsi uğurla davam etdirilir. Fəxr edirik ki, bu layihələr üzrə işlərimiz planlı surətdə və büdcə çərçivəsində gedir. Biz məmnunuq ki, tikinti işlərimiz həm insanların sağlamlığının qorunması, əməyin təhlükəsizliyi, həm də ətraf mühitin və biznes etikasının qorunması baxımından ən yüksək beynəlxalq standartlara uyğun şəkildə davam edir. “Azəri” yatağından ilk nefti, nəzərdə tutulduğu kimi, 2005-ci ilin əvvəllində, “Şahdəniz” yatağından isə ilk qazı 2006-cı ilin qışında hasil etməyi planlaşdırırıq. Bu layihələr özlüyündə həm onlarda iştirak edən ayrı-ayrı şəxslərin, həm də şirkətlərin əldə etdikləri çox böyük nailiyyətdir. Eyni zamanda, Azərbaycan dövləti üçün çox böyük nailiyyətdir. Bu layihələr Azərbaycan Prezidentinin neft və qaz strategiyasını tam nümayiş etdirən sanballı əlamətlərdir. Biz bu layihələri həyata keçirməklə həm Azərbaycana, həm də bütövlükdə bu regiona böyük mənfəətlər gətirəcəyik.

Layihələrin həyata keçirilməsinin tikinti mərhələsində artıq çoxminli Azərbaycan vətəndaşları üçün iş yerləri açılmışdır. Tikinti işlərində 8 mindən çox Azərbaycan vətəndaşı çalışır. bp bu vətəndaşların gələcəkdə bizim istismar sahələrində də işləməsi üçün onların səriştə və qabiliyyətini inkişaf etdirmək məqsədi ilə dəstək verməkdə davam edəcəkdir.

Bu layihələr Azərbaycanın müxtəlif sənaye sahələrinə və infrastrukturuna investisiyaların qoyulmasını stimullaşdırmışdır. İnvestisiya qoyulan infrastrukturlar Azərbaycanda qalacaq, ölkənizin indiki layihələrini, eləcə də gələcək regional layihələri dəstəkləyəcəkdir.

Bu gün bizim açdığımız boruörtükləmə müəssisəsi də Bakıda qalacaq və bu cür sərmayələr nəticəsində yaradılmış yeni infrastrukturların ən vaciblərindən biridir.

bp “Eupec”lə boruörtükləmə sahəsində 2002-ci ilin iyul ayından bəri işləyir. O vaxtdan keçən 15 ay ərzində bu obyekt tikilib, istifadəyə verilmişdir və fəaliyyət göstərir. Bu zavodda 2003-cü ilin mart ayından başlayaraq, “Azəri-Çıraq-Günəşli” layihəsinin birinci fazası üçün boruların örtüklənməsi işi uğurla davam edir. Biz çox məmnunuq ki, belə bir obyektin tikilməsində və istismara verilməsində iştirak etmişik. Çünki hesab edirik ki, bu müəssisə doğrudan da dünya səviyyəli boruörtükləmə zavodudur.

bp bu obyektdə ətraf mühitin qorunması, əməyin təhlükəsizliyinin mühafizə olunması sahəsində əldə etdiyi çox böyük nailiyyətlərə görə “Eupec” şirkətinə təşəkkür edir. Çünki bu işlər çox yüksək səviyyədə icra olunmuşdur. Eyni zamanda, bu zavodda məhsuldarlıq çox yüksəkdir.

bp hazırda birgə müəssisə ilə sıx əlaqələr saxlayır. Biz burada nümayiş etdirilən peşəkarlıq səviyyəsindən çox məmnunuq. Ondan da çox razıyıq ki, bu birgə müəssisə Azərbaycanın yerli işçi qüvvəsinin həm texniki, həm də idarəetmə cəhətdən səriştəsini inkişaf etdirmək üçün təlim məsələlərinə çox diqqət yetirir.

“Azəri-Çıraq-Günəşli” layihəsinin birinci fazası üçün boruların örtüklənməsi plana görə gərək bu ilin sonuna qədər başa çatsın. Gələn il isə biz layihənin ikinci fazası və “Şahdəniz” layihəsi üçün sualtı boru kəmərlərində istifadə olunacaq boruların örtüklənməsinə başlayacağıq. bp gələn ildə də müəssisə ilə uğurlu əməkdaşlığa, habelə onun gələcəkdə də sağlamlığın, ətraf mühitin və əməyin təhlükəsizliyinin qorunması sahəsində yüksək nəticələr əldə edəcəyinə əmindir.

bp və onun Azərbaycandakı layihələrlə bağlı tərəfdaşlarının hamısı burada uzun müddət işləmək niyyətindədir. Biz bunu öhdəmizə götürmüşük və onu çoxlu sərmayə qoymaqla nümayiş etdiririk. Qarşıdan gələn bir neçə ildə Azərbaycanın neft sənayesinə 18 milyard dollar sərmayə qoyulacaqdır. Bu, elə sərmayədir ki, bp-nin uzun müddət Azərbaycanda, üzümüzə gələn onilliklər ərzində həm Gürcüstanda, həm də Türkiyədəki işlərini davam edəcəyinə təminat verir.

“Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazasına 2001-ci ilin avqust ayında sanksiya verildi, yəni, tikinti işləri başlandı. Həmin o mərasimdə bp-nin Azərbaycandakı prezidenti cənab Vudvord demişdir ki, 150 il bundan əvvəl dünya üçün neft sənayesini inkişaf etdirməyə başlamış bir xalq, ölkə, həqiqətən, yenə də bu sahədə əsas rol oynamağa, aparıcı ölkə olmağa layiqdir. Bu gün qarşınızdakı müəssisənin tikilməsi və istismara verilməsi də Azərbaycanın dünya iqtisadiyyatında aparıcı rol oynaması arzusunun reallaşdırılmasını təsdiq edir.

Bizim bəxtimiz gətirib və xoşbəxtik ki, burada, Azərbaycanda belə infrastruktur, yəni, boruörtükləmə zavodu, habelə səriştəli və işgüzar işçi qüvvəsi və bizi dəstəkləyən Dövlət Neft Şirkəti kimi tərəfdaşımız vardır. Əlbəttə ki, Azərbaycanda bizi dəstəkləyən hökumət var. Bunların hamısı öz işimizdə, üzərimizə götürdüyümüz çətin vəzifələri həyata keçirməkdə uğur qazanmağa imkan verir. Mən burada cənab Baş nazirin bizə verdiyi dəstəyi, layihələrin uğurla həyata keçirilməsinə göstərdiyi köməyi xüsusi qeyd etmək istəyirəm. Gələcəkdə də biz onun dəstəyinin davam edəcəyinə əminik. Layihələrimizin gələcəkdə həyata keçirilməsində sizin köməyinizə ümid bağlayırıq.

Cənab Baş nazir!

Hörmətli qonaqlar!

İcazə verin, bugünkü tədbirdə sizinlə birlikdə olmaq üçün məni dəvət etdiyinizə görə bir daha təşəkkürümü bildirim. Eyni zamanda, müəssisənin bütün işçilərinə təşəkkür edim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək