Braziliyalı futbolçu: "Qarabağ" "Tottenhem"lə oyunda uğurlu nəticə qazanmağa qadirdir
Bakı, 24 sentyabr, AZƏRTAC
“Qarşıdakı avrokubok matçında "Qarabağ"a çox inanıram".
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış braziliyalı futbolçu Çumbinyo keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi ilk tur oyunu ilə bağlı danışarkən deyib.
39 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin istənilən rəqiblə mübarizə aparmaq gücündə olduğunu bildirib: "Hər kəs "Tottenhem"in gücünü bilir. Bu rəqiblə 2015-ci ildə üz-üzə gəlmişdik. İki matçda da yaxşı oynamışdıq. Artıq həmin vaxtdan sonra komandalar xeyli dəyişib. London klubu son illərdə Çempionlar Liqasının finalına kimi irəliləməyi bacarıb. Ancaq "Qarabağ" da zəif komanda deyil və səfərdə uğurlu nəticə göstərməyə qadirdir".
Qeyd edək ki, sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]