BRİTANİYA HÖKUMƏTİ ÖLKƏNİN İMMİQRASİYA SİYASƏTİNİ SƏRTLƏŞDİRMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Britaniya hökuməti immiqrasiya siyasətini, məsələn, əcnəbi mütəxəssislərə daimi yaşayış hüququ verilməsi şərtlərini sərtləşdirmək niyyətindədir. İndən belə bu hüququ Britaniya iqtisadiyyatının ehtiyac hiss etdiyi bilik və peşə sahiblərinə vermək nəzərdə tutulur. Britaniya vizası almaq məqsədi ilə müraciət edən əcnəbilərin sonradan ölkə daxilində yoxa çıxmamaları üçün onların barmaq izlərini götürmək də nəzərdə tutulmuşdur.
Daxili işlər naziri Çarlz Klark bildirmişdir ki, bu təkliflər qanunsuz immiqrasiya probleminin həlli istiqamətində Avropa Birliyi siyasətinin tərkib hissəsidir və AB ölkələri vətəndaşlarına şamil olunmur.
Bundan əlavə, hökumət əcnəbi mütəxəssislərin ailə üzvlərinin sayını da məhdudlaşdırmaq niyyətindədir. Hazırda qüvvədə olan və ölkədə dörd ildən çox yaşayan əcnəbilərə vətəndaşlıq vermək qaydası da avtomatik ləğv olunur. Gələcəkdə bu hüquqdan yalnız yüksək ixtisaslı, maddi cəhətdən təmin olunmuş, azı beş il bu ölkədə yaşayan və ingilis dilini bilən əcnəbilər istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]