Britaniya insan alveri ilə mübarizəyə əlavə 75 milyon funt sterlinq ayıracaq
London, 4 noyabr, AZƏRTAC
Britaniyanın Baş naziri Kir Starmer insan qaçaqmalçılığı ilə məşğul olan dəstələrlə mübarizə üçün əlavə 75 milyon funt sterlinq ayıracaq.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Krallıqda ilk dəfə keçiriləcək 92-ci İnterpol Baş Assambleyası zamanı Kir Starmer sərhəd təhlükəsizliyinə yeni yanaşma nümayiş etdirmək niyyətindədir və bu tədbir çərçivəsində dünyanı insan alverinin ciddiliyinə qarşı fəal mübarizəyə çağıracaq.
İnterpol Baş Assambleyası noyabrın 4-7-də Şotlandiyanın Qlazqo şəhərində təşkil edilir.
Qeyd edək ki, təkcə oktyabr ayında 5 mindən çox insan qaçaq yollarla La-Manş kanalından Britaniyaya keçib. Baş nazirin açıqlamasından sonra müxalifətdə olan Mühafizəkarlar Partiyası bu məbləğin kanal keçidlərini təhlükəli şəkildə keçən miqrantları dayandıracaq təsirə malik olmadığını irəli sürüb.
Kir Starmer La-Manşdan qanunsuz keçidlərin qarşısını almaq üçün əvvəlki Mühafizəkar hökumətin hazırladığı Ruanda deportasiya planını ləğv etmişdi.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]