Azərbaycan Dövlət İnformasiya Agentliyi

Brüsseldə Azərbaycan diasporu və media mövzusunda keçirilən konfransda bəyannamə qəbul olunub

Brüsseldə Azərbaycan diasporu və media mövzusunda keçirilən konfransda bəyannamə qəbul olunub

Brüssel, 8 noyabr, AZƏRTAC

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Brüssel şəhərində “Avropada diaspor və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb. Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən praktiki konfransda bəyannamə qəbul olunub.

AZƏRTAC qəbul olunmuş sənəddə toxunulan məqamları təqdim edir.

“Biz - 2019-cu ilin noyabr ayının 5-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan diasporu və Media: əməkdaşlığın səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfrans iştirakçıları qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqların tarixi zərurətə çevrildiyi dövrdə, eləcə də Cənubi Qafqaz regionunda mürəkkəb proseslərin davam etdiyi şəraitdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarından daha səmərəli istifadə olunması üçün vahid strategiyanın müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının milli maraqlarının qorunması ilə bağlı qarşıda duran vəzifələri geniş müzakirə etdik.

Bu gün Azərbaycan Respublikasında informasiya azadlığının təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı və beynəlxalq rəqabətə davamlılığının yüksəldilməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi sahəsində bütün zəruri şərtlər təmin olunub. Məhz bu siyasətin nəticəsidir ki, ölkədə beynəlxalq standartlara uyğun olan azad, plüralist mətbuat formalaşıb, peşəkar jurnalistlər ordusu yetişib. Bu gün Azərbaycan internet istifadəçilərinin sayına görə regionda aparıcı yer tutur. Vətəndaşlar ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatın bütün sahələrinə dair öz fikirlərini sosial şəbəkədə və ictimai platformalarda sərbəst ifadə etmək hüququna malikdirlər.

Müasir informasiya texnologiyaları məlumatın sürətli əldə olunması və yayılması üçün geniş imkanlar yaradıb. Bu gün sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını və mətbuatı əvəz etməkdədir. İstənilən məlumat, rəy və mülahizə qısa müddət ərzində internet istifadəçiləri arasında maneəsiz yayılır.

Elmi-texniki və texnoloji inkişaf əlverişli informasiya mübadiləsinə imkanlar yaratmaqla yanaşı, eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırıb. Konfransda qeyd olunub ki, bu gün dünyada, regionda baş verən proseslər, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni-hüquqi inkişafı barədə qərəzli informasiya kampaniyalarının aparılmasında, bu aksiyalar təhqir və milli dövlətçilik əleyhinə çağırışların yayılmasında, zorakılığın təbliğində həmin elmi-texniki və texnoloji vasitələrdən də istifadə olunur. Konfrans iştirakçıları bu məsələlərlə bağlı açıq və səmərəli müzakirələr aparıb, Azərbaycan diasporunun və Azərbaycan mediasının bu sahədə birgə fəaliyyətinin perspektivləri və əməkdaşlığın yeni mərhələsində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsində və onların icrasında yekdil qərara gəliblər.

Aparılmış səmərəli müzakirələrin nəticəsində Azərbaycan diasporu və Azərbaycan mediası arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsinə, birgə fəaliyyətin təkmilləşdirilməsinə və daha da gücləndirilməsinə əminliyimizi bildirərək aşağıdakıları bəyan edirik:

- Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması və qorunması, onların informasiya mübadiləsi və yayılması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə operativ, əhatəli çatdırılmasında informasiya texnologiyalarından səmərəli istifadə olunması məqsədilə müəyyən işlər görülməli və həyata keçirilməlidir;

- konfrans iştirakçıları Azərbaycan Respublikasında həyata keçirilən sosial-siyasi, iqtisadi, mədəni-hüquqi islahatları yekdilliklə dəstəkləyir, müasir informasiya texnologiyalarının və metodlarının tətbiqi yolu ilə Azərbaycanın üzləşdiyi problemlər, qərəzli münasibət, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, Ermənistanın yalan və böhtan kampaniyalarının ifşası məqsədilə təsirli tədbirlərin həyata keçirilməsini vacib sayır;

- konfrans Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Avropanın media qurumları ilə Azərbaycan KİV-ləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, Avropada məskunlaşmış azərbaycanlı jurnalistlərin yerli kütləvi informasiya vasitələrində təmsil olunmasının əhəmiyyətini vurğulayır, bu məqsədilə Türkiyənin Qərb dövlətlərindəki media vasitələrinin imkan və təcrübəsindən yararlanmağı tövsiyə edir;

- konfrans Azərbaycan Respublikasının milli maraqlarının virtual məkanda qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğinə yönəldilən layihələrin həyata keçirilməsində, diaspor təşkilatları və Azərbaycan KİV-ləri arasında operativ məsləhətləşmələrin aparılmasında virtual konfransların təşkilinin əhəmiyyətini vurğulamaqla Avropa Azərbaycanlıları Konqresinin nəzdində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin yaradılmasını və Azərbaycan Diasporuna Dəstək Fondunun bu təşəbbüsə yardımının vacibliyini bildirir;

- tədbir iştirakçıları Azərbaycanlıların sıx yaşadığı ölkələrdə onların yerli ictimai-siyasi proseslərdə iştirakını və təsir imkanlarını artırmaq, seçkilərdə fəallıqlarını təmin etmək, seçkili orqanlara öz namizədliklərini irəli sürmüş azərbaycanlıların və türklərin təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyi vermək məqsədilə diaspor təşkilatları və Azərbaycan kütləvi informasiya vasitələrinin vahid fəaliyyət planının hazırlanması və icrasının zəruriliyini vurğulayırlar;

- konfrans Azərbaycan və Türk diaspor təşkilatlarının birgə və fəal əməkdaşlıq etdikləri Avropa ölkələrində yerli media nümayəndələrinin “Azərbaycanı yaxından tanıyaq!” devizi altında Azərbaycana tanışlıq səfərlərinin təşkilini təklif edir, bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımını vacib hesab edir;

- Avropanın informasiya məkanında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin aparıcı hissəsinin biznes strukturu olmasını nəzərə alaraq, xüsusi Fondun təşkil olunması, eləcə də həmin KİV-lərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin nəzdində Əlaqələndirmə Mərkəzinin yaradılması, bu işə peşəkar jurnalistlərin cəlb edilməsi, Avropa oxucusunun düşüncə tərzinə cavab verən materialların hazırlanması məqsədilə Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi zəruri hesab edilir;

- müəyyən səbəblər üzündən Azərbaycanı tərk etmiş, özlərini “mühacir müxalifət” adlandıran, zərərli xarici təsirlərin altına düşən zəif iradəli insanların Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna xələl gətirmək, Azərbaycan dövlətini, ali dövlət məmurlarını nüfuzdan salmaq, Avropa mətbuatında və ictimai rəyində, sosial şəbəkələrdə ölkəmiz haqqında birtərəfli, böhtan xarakterli informasiyalar yaymasına etirazını bildirir və bunun yolverilməz olduğunu xüsusi vurğulayır;

- gəncləri sosial şəbəkədə Azərbaycan xalqına xas olan mənəvi-etik normalara riayət etməyə, fərqli fikir və mövqelərə hörmətlə yanaşmağa, sosial şəbəkələrdə sağlam polemika ənənələrini formalaşdırmağa, milli-mənəvi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırır;

- sosial şəbəkələrin imkanlarından istifadə etməklə Avropada yaşayan və təhsil alan savadlı, yüksək intellektli azərbaycanlı gənclərin vətənpərvərlik ruhunu artırmaq, onların Azərbaycanla əlaqələrini gücləndirmək, fəaliyyətlərini düzgün istiqamətə yönəltmək məqsədilə xüsusi proqram-layihələrin həyata keçirilməsini əhəmiyyətli sayırıq.

Konfrans iştirakçıları Avropa azərbaycanlılarını Vətənin milli maraqlarının müdafiəsi naminə birləşməyə, müasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə düzgün çatdırılmasına fəal qoşulmağa çağırır, Azərbaycan diaspor təşkilatlarının bu bəyanatdan irəli gələn bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirir”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb