Brüsseldə vandalizm nəticəsində ictimai nəqliyyat şirkətinə 4 milyon avrodan çox ziyan dəyib
Brüssel, 11 may, AZƏRTAC
AZƏRTAC bu barədə Belçika mediasına istinadən xəbər verir.
Məlumata görə, zərərin böyük hissəsi metro infrastrukturu ilə bağlı olub. Yeraltı stansiyalar və avadanlıqlara dəyən ziyan təxminən 2,3 milyon avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Ən çox zərər eskalatorlara, giriş turniketlərinə və yanğın təhlükəsizliyi avadanlıqlarına vurulub. Qrafitilərin təmizlənməsi xərcləri də artaraq 162 min avroya çatıb.
Brüssel rəsmiləri vandalizmə qarşı mübarizəni gücləndirmək üçün əlavə təhlükəsizlik əməkdaşlarının cəlb olunacağını və müşahidə kameralarının quraşdırılacağını bildiriblər. Yerli siyasətçilər isə bu vəsaitin nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına yönəldilə biləcəyini qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]