Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcək
Bakı, 10 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 10-da UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin daha beş oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında İspaniyanın “Sevilya” və İngiltərənin “Vest Hem Yunayted” komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər dörd görüş isə 00:00-da start götürəcək. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” komandası İspaniyada “Barselona”nın qonağı olacaq.
Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si keçiriləcək. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” komandası dörddəbir finala birbaşa vəsiqə qazanıb.
İlk oyun günündə Fransanın “Lion” komandası Portuqaliyada “Portu”nu 1:0, Almaniyanın “Ayntraxt” klubu isə İspaniyada “Real Betis”i 2:1 hesabı ilə məğlub edib.
Günün digər görüşləri aşağıdakılardır:
“Sevilya” (İspaniya) - “Vest Hem Yunayted” (İngiltərə)
“Qlazqo Reyncers” (Şotlandiya) - “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) - “Monako” (Fransa)
“Atalanta” (İtaliya) - “Bayer Leverkuzen” (Almaniya)
“Barselona” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]