BU GÜN UEFA KUBOKU TURNİRİNİN YARIMFİNALÇILARI MƏLUM OLACAQDIR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da futbol üzrə UEFA kuboku turnirinin dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcəkdir.
Rusiyanın “Zenit” klubu Almaniyanın “Bayer-04” komandasını, “Sportinq” (Portuqaliya) Şotlandiyanın “Qlazqo Reyncers” klubunu, İspaniyanın “Xetafe” komandası Almaniyanın məşhur “Bavariya” klubunu , PSV “Eyndhoven” (Hollandiya) isə “Fiorentina”nı (İtaliya) qəbul edəcəkdir.
Aprelin 3-də keçirilmiş ilk oyunda rəqib meydançasında gözlənilmədən böyük hesabla (4:1) qələbə qazanmış Sankt-Peterburqun “Zenit” klubu, demək olar ki, özünə yarımfinala vəsiqəni təmin etmişdir. Digər cütlüklərdə isə birinci oyunlar heç-heçə qurtardığından görüşlərin gərgin idman mübarizəsində keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]