Bu günədək "AzerGold" mədən layihələrinə yarım milyard manatdan çox investisiya yatırıb
Bakı, 30 yanvar, AZƏRTAC
"AzerGold" QSC fəaliyyətə başladığı dövrdən bu günədək (2016-2023-cü illərdə) mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu məbləğin cəmi 8 faizi (45 milyon manat) dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib.
“Bu, əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir”, - deyə İdarə Heyətinin sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]