BU İL SƏUDİYYƏ ƏRƏBİSTANINI TƏQRİBƏN ÜÇ MİLYON ZƏVVAR ZİYARƏT ETMİŞDİR
AZƏRTAC Səudiyyə Ərəbistanı İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu il Səudiyyə Ərəbistanını, demək olar, 3 milyon əcnəbi zəvvar ziyarət etmişdir. Krallığın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, 2,89 milyon zəvvar Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək üçün viza almışdır. Bu, ötən ildəkindən 11 faiz çoxdur. Zəvvarların əksəriyyəti – 654,7 min nəfəri Misirdən, 369 mini Pakistandan, 359 mini isə İrandandır. Gələn il yanvarın əvvəllərində başlanacaq Həcc ziyarətində iştirak etmək məqsədi ilə artıq 1,4 milyon zəvvar ölkəyə gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]