Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bum meşəbəyliyinin yanğına məruz qalmış ərazisinə meşəcinsli ağac toxumları səpilib

Qəbələ, 11 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Yanğın hadisələri planetin hər bir canlısı üçün faciədir. Çünki yanğınların yetirdiyi xəsarət, vurduğu ziyan bəzən ölçüyəgəlməz dərəcədə böyük olur. Canlıların tələfatı ilə nəticələnən yanğınlar söndürülsə də, bir sıra hallarda özündən sonra silinməz izlər də qoya bilir. Canlı deyəndə təkcə planetin sakinləri olan insanlar nəzərdə tutulmur. Flora və fauna aləmi də Yer kürəsinin canlı qüvvələridir. Yanğın da canlılar aləminə eyni dərəcədə təsir edir, onun acısını, ağrısını bütün canlılar eyni cür hiss edirlər. Təəssüf ki, hər il xüsusilə yay aylarında Yer kürəsinin müxtəlif ərazilərində genişmiqyaslı meşə yanğınları tüğyan edir. Günlərlə söndürülə bilməyən yanğınlar gözoxşayan, sıx meşələrdən əsər-əlamət də qoymur. Yanğın hadisələrinə təbii amillərdən daha çox antropogen faktorlar səbəb olur. Yəni ki, bir canlının ehtiyatsızlığı digər canlıların məhvi ilə nəticələnir.

Təəssüf ki, yanğın hadisələri planetin bir hissəsi olan ölkəmizdən də yan keçməyib. Bəzən yüksək dağlıq və çətin relyefi olan meşə ərazilərində baş verən, günlərlə davam edən, daha çox əl əməyi tələb edən və əziyyətlə söndürülən yanğın hadisələri də olur. Göz önündə ağacların yanıb kül olması hər bir təbiətsevərin qarşılaşmaq istəmədiyi mənzərələrdəndir. Bir təbiətsevər üçün ən xoş məqam isə ağac əkinləri, meşəbərpa tədbirləridir. Hər iki fəaliyyət təbiətin yaralarını sağaltmağa, onun yenidən dirçəlməsinə kömək edir.

Ziyan görmüş ana təbiətin bərpası tədbirlərindən biri də dekabrın 10-da Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Bum meşəbəyliyində keçirilib. Belə ki, Bum meşəbəyliyinin meşə yanğınlarına məruz qalmış ərazisində meşəbərpa tədbirləri reallaşdırılıb, meşəcinsli ağac toxumları səpilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, media nümayəndələri, yerli sakinlər böyük ruh yüksəkliyi ilə yaxından iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, yay aylarında baş verən meşə yanğınlarının dəhşəti hər kəsə kədər və ürək ağrısı gətirdi, hamını sarsıtdı. Lakin bu gün hər kəsin yanan əraziləri bərpa etmək məqsədilə bu tədbirə həvəslə qoşulması cəmiyyətin ətraf mühitin mühafizəsi işinə həssaslıqla yanaşdığını göstərir. Həmin münasibəti isə vətəndaşlarda müşahidə etmək çox xoşdur.

İ.İbrahimova onu da qeyd edib ki, yanğına məruz qalmış digər ərazilərdə də bu kimi tədbirlər keçirilir: “İnanırıq ki, tezliklə bu yerlərdə səpdiyimiz toxumlar cücərəcək və bu ərazilər yenidən sıx meşəliyə çevriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribovun sözlərinə görə, Bum meşəbəyliyində ilin sonunadək 40 hektar yanmış meşə ərazisinin bərpası nəzərdə tutulub: “Meşəbərpa tədbiri toxum səpini üsulu ilə aparılır. Səpində yerli meşə təsərrüfatlarında tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın və uzunsaplaq palıd toxumlarından istifadə olunur. Həmin toxumlar yerli meşə təsərrüfatlarında tədarük olunduğu üçün yerli meşə şəraitinə uyğundur. Buradan biz yüksək bitiş faizi gözləyirik. Ümumilikdə, gün ərzində 2 ton palıd toxumu, 200 kiloqram vələs, 220 kiloqram adi göyrüş, 200 kiloqram ağcaqayın toxumu səpilib. 40 hektar ərazinin 20 hektardan çoxu əkilib. Bu gün isə 4 hektar ərazidə meşəbərpa işləri aparılıb. Qalan 16 hektara yaxın ərazidə isə torpaq hazırlığı işləri görülür. Bu ayın sonuna qədər meşəbərpa tədbirlərinin başa çatdırılması planlaşdırılır”.

Meşə gözətçisi Bənövşə Həkimova üç ildir sevdiyi peşə ilə məşğul olduğunu deyir. Bildirir ki, uşaqlıqdan təbiətə olan sonsuz sevgisi sayəsində bu gün onun mühafizəsində dayanır: “Ətraf mühiti qorumaq, meşəni mühafizə etmək nə qədər çətin olsa da, mənim üçün bir o qədər də xoşdur”.

B.Həkimova bildirib ki, Bum meşəbəyliyinin 8 saylı dolayının kvartalında 2019 və 2021-ci illərdə yanğın hadisələri baş verib: “Hazırda yanğının baş verdiyi əraziləri bərpa edirik. Sakinlərin də iştirakı məni çox sevindirir. Çünki meşələrə diqqət göstərən, onu qoruyanlar da az deyil. Təəssüf ki, meşələrə qənim kəsilənlər, laqeyd yanaşanlar da var. Meşə yanğınları da məhz etinasız və məsuliyyətsiz davranışın acı sonluğudur. Hər kəsi təbiət qoynunda istirahət edərkən maksimum dərəcədə ehtiyatlı olmağa səsləyir, belə tədbirlərdə aktiv iştiraka çağırıram”.

Nic qəsəbə sakini Razmit Undalov meşə yanğınlarının söndürülməsində fəal iştirak etməklə yanaşı, meşəbərpa tədbirinə də qoşulanlar arasındadır: “Bum meşəbəyliyində yanğın olanda hər bir təbiətsevər kimi mən də, kəndimizin sakinləri də laqeyd qala bilmədik və yanğının söndürülməsinə kömək etdik. Yanğın hadisələri bizi məyus edir. Meşələr bizim sərvətimizdir. Onu qorumaq hər birimizin borcudur. İndi də meşəbərpa tədbirlərində aktiv iştirak edirik. Təbiətə sevgi bəxş etməliyik ki, qarşılığını ala bilək. Hər kəsi meşə ərazilərində dincələrkən diqqətli olmağa, ağac əkini, toxum səpini aksiyalarında fəal iştirak etməyə səsləyirəm”.

Təbiətsevər olmaq üçün vəzifənin, peşənin fərqi yoxdur. Ətraf mühiti qorumaq da sadə vətəndaşdan məmura qədər hər kəsin borcudur. Bu gün biz media işçiləri də meşəbərpa tədbirinə qoşulduq, meşəcinsli ağacların toxumlarını səpdik. Ümid edirik ki, iştirakımız Bum meşəbəyliyinin yaralarına məlhəm olacaq, bir neçə ildən sonra nəcib fəaliyyətimizin bəhrəsini görə biləcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO