BUZOVNA, ŞÜVƏLAN, MƏRDƏKAN VƏ ZİRƏ ÇİMƏRLİKLƏRİNDƏ REYDLƏR KEÇİRİLMİŞDİR
Bakı, 19 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədi ilə Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədi ilə reydlər keçirilmişdir.
Reydlər zamanı Xəzər rayonu Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Gilavar”, “Sahil”,“Titanik”, “Dostlar”, “Laçın” iaşə obyektlərinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Sultanov, N.Heydərov, M.Əliyev, A.Yusibov, V.Bəşirov, H.Əsgərov, Ə.Əliyev və S.Sultanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar. “Azad-T” firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 6500 manat məbləğində cərimə edilmişdir. “Yeni dalğa” iaşə obyektinin iş icraçısı M.Quliyev və “Delfin” iaşə obyektinin iş icraçısı N.Mahmudova hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar. “Robinzon” iaşə obyektinin iş icraçısı Q.Qurbanov fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilmişdir.
Xəzər rayonu Mərdəkan çimərliyində fəaliyyət göstərən “Xəzri” iaşə obyektinin iş icraçısı E.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 500 manat, “Gilan Holdinq”ə məxsus ərazidə bərk məişət tullantılarının yığılaraq qalaqlanmasına görə C.Abdullayev vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilmişdir.
Xəzər rayonu Zirə çimərliyində olan iaşə obyektinin iş icraçısı Z.Əliyev, Zirə qəsəbəsinin cənub hissəsində bərk məişət tullantılarını “ZİL” markalı avtomaşın vasitəsilə çöllük sahəyə atdığına görə Ş.Mirzoyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.