Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Caspian European Club”un növbəti “B2G Online” forumu keçirilib

“Caspian European Club”un növbəti “B2G Online” forumu keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

“Caspian European Club”un Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə “B2G Online” forumu keçirilib.

Bu barədə AZƏRTAC-a “Caspian European Club” və “Caspian Energy” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

O deyib ki, forumun başlanğıcında Tovuz rayonu ilə sərhəd zonasında erməni hərbi qruplaşmaları ilə döyüşdə həlak olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Üç saat davam edən forumda koronavirus pandemiyasının Sumqayıt sahibkarlarına və sakinlərinə verdiyi zərərin azaldılması üçün sahibkarların və icra hakimiyyətinin birgə fəaliyyətinin planlaşdırılması, sahibkarların problemlərinin müzakirəsi və həlli yollarının axtarılması, “Caspian European Club” ilə gələcəkdə əməkdaşlıq formatının müəyyən edilməsi məsələləri müzakirə olunub.

Forum çərçivəsində sahibkarların COVID-19 pandemiyası dövründə qarşılaşdıqları məsələlər müzakirə edilib. Onlayn “B2G” forumunun mövzularından biri də “Caspian European Club”un üzv şirkətlərinin Sumqayıt şəhərində əməkdaşlıq və investisiyalaşma imkanlarının öyrənilməsi olub.

Z.Fərəcov deyib: “Həlak olan general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələdə doğulub. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib. Sumqayıtda yüzlərlə vətəndaş onun evinin önünə toplaşıb və onun nəşini qarşılayıb, ailə üzvlərinə başsağlığı veriblər. Mən də anası ilə görüşüb başsağlığı verdim”.

Sumqayıtda aparılmış abadlıq-quruculuq işləri ilə bağlı videoçarxın nümayişindən sonra Z.Fərəcov bildirib ki, son illər Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq Sumqayıtda abadlıq-quruculuq işləri yerinə yetirilib. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Yeni Sumqayıt Bulvarı salınıb. Çox qısa müddətdə tikilmiş Bulvarı Azərbaycan Prezidenti “möcüzə” adlandırıb. Bu bulvar sumqayıtlıların çox sevdiyi istirahət məkanına çevrilib. Sumqayıtda yeni Heydər Əliyev Mərkəzi, İncəsənət məktəbi, Şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının yeni inzibati binası, Bayraq Muzeyi, Muğam evi, Nizami kinoteatr evi və sair yeni tikililər tikilib, 263 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib. Şəhərin yolları asfaltlanıb, yol kənarlarında abadlıq işləri aparılıb. Bu işlərə bir çox Sumqayıt sahibkarları maliyyə və texniki dəstək göstəriblər.

Qeyd edilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti sahibkarların işlərinə əsassız müdaxilənin qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirib. Hüquq-mühafizə orqanları sahibkarlarla ciddi əməkdaşlıq edir.

“Bu forumdan istifadə edərək “Caspian European Club” üzvlərini Sumqayıt şəhərində iş qurmağa dəvət edirəm. Sumqayıtda istehsal sexləri yaradılması üçün icra hakimiyyəti sahibkarlara dəstək vermək niyyətindədir. Sumqayıt Şəhər İcra Hakimiyyəti koronavirusla mübarizədə ciddi tədbirlər həyata keçirir. Dezinfeksiya işləri mütəmadi aparılır, Sumqayıtda 1 saylı xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb və müvafiq avadanlıqlarla təchiz edilib, bir modul tipli xəstəxana tikilib istifadəyə verilib. Əhali maskalar və mühafizə vasitələri ilə təmin edilib. “Evdə qal” kampaniyasına dəstək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ehtiyacı olan Sumqayıt şəhər sakinlərinə 400 min manat dəyərində ərzaq paketi paylanılıb”, - deyə icra başçısı bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, klubun onlayn tədbirinə qatılması ilk deyil və “Caspian European Club” tərəfindən yaradılmış platformada dövlət sektoru ilə biznes nümayəndələri arasındakı dialoqu olduqca vacib hesab edir.

O bildirib ki, tenderlərin şəffaf keçirilməsi, yüksək maddi texniki bazaya, kadr potensialına, uyğun təcrübəyə malik yerli şirkətlərin tenderdə qalib ola bilməsi üçün tender haqqında qanuna Milli Məclisdə dəyişikliklər hazırlanır: “Məqsəd odur ki, tenderin qalibi yalnız qiymət meyarları ilə deyil, digər meyarlar ilə də seçilsin. Milli Məclisdə Sumqayıtla bağlı layihələrə mən və burada iştirak edən həmkarım Müşviq Məmmədli ilə ciddi dəstək veririk”.

Forumun moderatoru “Caspian European Club”un Sumqayıt filialının rəhbəri Məmmədov Şahin deyib ki, Sumqayıt sahibkarları koronavirusla mübarizəyə dəstək fonduna 300 min manata yaxın pul köçürüb. Qartal Tikinti Firması Sumqayıt Şəhər Təcili Tibbi yardım maşınlarına və Təcili Tibbi yardım stansiyalarına bütün respublikanı əhatə edən şifrəli tetra telekommunikasiya şəbəkəsinə qoşulmuş stasionar ratsiyalar quraşdırıb. Həmçinin koronavirus xəstələri müalicə olunan Sumqayıt şəhər 1 saylı xəstəxanada Rusiyadan gəlmiş həkimlərin bir-biri ilə operativ əlaqə saxlaması üçün xəstəxanaya 12 ədəd ratsiya verib. Bütün bu işləri Qartal Tikinti Firması öz maliyyə vəsaiti hesabına yerinə yetirib. Digər sahibkarlar da koronavirus xəstəliyinin qarşısının alınması üçün şəhərə müxtəlif köməkliklər göstərib və gələcəkdə də müxtəlif aksiyalar keçirməyi planlaşdırırlar.

Ş.Məmmədov qeyd edib ki, sahibkarlar Sumqayıt şəhərində fəaliyyət göstərən tikinti-quraşdırma şirkətləri Sumqayıtda dövlət vəsaiti hesabına yerinə yetirilən işlərdən iş sifarişi almalarını istəyirlər. Sumqayıt şəhərində sahibkarları narahat edən digər məsələləri də bildirib və Z.Fərəcov bu məsələlərə aydınlıq gətirib. Sonra icra başçısı “Caspian European Club”un ayrı-ayrı üzvlərinin suallarını cavablandırıb və onlara köməklik edəcəyini deyib.

“Caspian European Club”un sədri və baş icraçı direktoru T.Əliyev açıq dialoqa görə klubun üzv şirkətlərinin top-menecerləri adından Z.Fərəcova minnətdarlığını bildirib, “Caspian European Club”la sahibkarların təkliflərini operativ öyrənmək və onları Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə çatdırmaq imkanı qazandıracaq ikitərəfli işçi qrup yaratmağı təklif edib. Z.Fərəcov sahibkarlarla hər zaman dialoqa hazır olduğunu bildirib.

Dövlət və özəl sektor arasında dialoqun aktivləşməsi üçün mühüm vasitə olan “B2G Online” “Caspian European Club” tərəfindən Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər həftə təşkil olunur. Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznez-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian European Club”un əsas məqsədi Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin “B2G”, “B2B” və “B2C” formatlarında dialoqların stimullaşdırılması və onlarda iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian European Club” mütəmadi olaraq “CEO Brunch”, “CEO Lunch”, “Business Tour” və sair kimi müxtəlif tədbirlər təşkil edir. Onlayn biznes-treninqlər çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən vebinar, treninq və seminarlar keçirilir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb