“CaTel”in şəbəkəsi bərpa edilir
Bakı, 17 may (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) həm özünün, həm də digər operatorların qüvvəsindən istifadə etməklə “CaTel” şəbəkəsini bərpa etməyə çalışır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirmişdir.
Hazırda 20 minə yaxın abunəçinin nömrəsi işlək vəziyyətə gətirilmişdir. Bu işdə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin xidmətlərindən istifadə olunmuşdur. Digər abunəçilər üçün də mobil rabitə xidmətini bərpa etmək üçün “CaTel” rəhbərliyi ilə müzakirələr aparılır. Konkret hansı qərarın verilməsi yaxın günlərdə dəqiqləşəcəkdir
Qeyd edək ki, “CaTel” şəbəkəsində aprelin 1-dən texniki problemlər yaranmışdır. Şirkət bunu cihazlardakı nasazlıqla izah etmişdir. Yaxın vaxtlarda abunəçilər “CaTel” şəbəkəsindən tam istifadə edə biləcəklər. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılacaqdır.
“CaTel” MMC 1997-ci ildə təsis olunmuşdur. 2004-cü ildən şirkət CDMA 2000 1x rabitə texnologiyasını tətbiq etmişdir. Hazırda “CaTel” operatoru şəbəkəsi abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara çatması mümkündür
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]