“CƏLİL MƏMMƏDQULUZADƏ MÜKAFATI”NIN TƏQDİMATI OLMUŞDUR
Mərasimi Yasamal bələdiyyəsinin sədri İlqar Əliyev açaraq müsabiqənin keçirilməsinin əhəmiyyətindən, qaliblərin seçilməsi prosesindən danışmış, mükafat alanları təbrik etmişdir. Natiq xatırlatmışdır ki, hələ bir neçə ay bundan əvvəl Yasamal bələdiyyəsi Cəlil Məmmədquluzadənin ev muzeyi ilə birlikdə bu mükafatı almaq üçün 3 nominasiya üzrə müsabiqə elan etmişdi. Münsiflər heyəti təqdim olunan əsərlər arasından qalibləri müəyyənləşdirmişdir.
“Ən yaxşı elmi və publisistik əsər” nominasiyasına görə birinci mükafatı Abid Tahirli, “Ən yaxşı satirik hekayə, felyeton və şer”ə görə isə Azər Əliyev qazanmışlar. Müəlliflərdən heç kim 3-cü nominasiya (“Ən yaxşı karikatura üçün”) üzrə birinci mükafata layiq görülməmişdir.
Qaliblərə fəxri fərmanlar və pul mükafatları təqdim olunmuşdur.
Münsiflər heyətinin qərarı ilə 4 nəfərə fərqlənmə diplomları verilmişdir.
Cəlil Məmmədquluzadənin ev muzeyinin direktoru Pərixanım Mahmudova, Yasamal bələdiyyəsinin üzvü Tamilla Rüstəmova, professor Xeyrulla Məmmədov, Salman Mümtaz adına ədəbiyyat və incəsənət arxivinin direktoru Maarif Teymur və başqaları qalibləri təbrik etmişlər.