Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur VİDEO

Cəlilabad, 4 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı tibb ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilmişdir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları yaradılmışdır. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının inşasına Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı Sərəncama əsasən başlanılmışdır. Səhiyyə Nazirliyinin sifarişi ilə inşa edilən bina ən müasir tələblər səviyyəsində tikilmişdir. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar vardır. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcəkdir. Tibb ocağının 50 nəfərlik iclas zalı da vardır. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunmuşdur. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcəkdir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı tibb işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xəstəxananın kollektivini və rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən təbrik edirəm. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı çox gözəl hadisədir, böyük hadisədir. Bu xəstəxananın qısa müddət ərzində tikilməsi də Azərbaycan dövlətinin gücünü göstərir. Mən xatırlayıram, keçən il Cəlilabadda olarkən burada Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı göstəriş vermişdim. Bu xəstəxana bir il ərzində tikilib və ən yüksək standartlara cavab verir. Dünyada hansı yüksək standart varsa, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında da o standart vardır - həm keyfiyyət, həm memarlıq, həm gözəllik, təmizlik. Eyni zamanda, burada ən müasir avadanlıq quraşdırılıbdır, bütün şöbələr - cərrahiyyə, terapiya, oftalmologiya, doğum şöbələri fəaliyyət göstərir. Yəni, bu xəstəxana dünya səviyyəsində tikilmiş xəstəxanadır.

Xəstəxananın tikintisi bir daha demək istəyirəm ki, Azərbaycan dövlətinin gücünü və siyasətini əks etdirir. Çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun rifahı, onun sağlamlığıdır. İnsan sağlamlığı hər şeydən üstündür. Hər bir insan öz sağlamlığını qorumalıdır və hər bir insan keyfiyyətli tibbi xidmət almalıdır.

Bu gün Azərbaycanın müxtəlif yerlərində keyfiyyətli tibbi xidmət almaq üçün bütün şərait vardır. Xüsusilə cənub zonasında demək olar ki, bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, yaxud da ki, əsaslı şəkildə təmir edilib. Bir rayonda - Biləsuvarda hələ ki, işlər lazımi səviyyədə deyildir. Mən bu gün səhər orada olmuşam. Biləsuvar Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı artıq göstəriş verilib. Beləliklə, bu zonanın bütün rayonlarında ən yüksək səviyyəli tibbi xidmət təşkil edilir. Nəzərə alsaq ki, bir müddət bundan əvvəl Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir, hazırda rayonda iki müasir tibb mərkəzi vardır. Bu, onu göstərir ki, burada müalicə, diaqnostika, bütün terapevtik tədbirlər yüksək səviyyədə təşkil edilir. Bu, bir daha demək istəyirəm ki, dövlət siyasətimizin təzahürüdür, Cəlilabada olan münasibətdir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Cəlilabadın inkişafına daim böyük diqqət göstərmişdir, dəfələrlə Cəlilabadda olmuşdur.

Bu gün Cəlilabadın yeni dövrü davam edir. Bu gün biz müstəqil dövlətdə yaşayırıq, bizim taleyimiz öz əlimizdədir. Əlbəttə ki, müstəqillik dövründə görülən işlər göz qabağındadır. O cümlədən Cəlilabadda əvvəlki dövrdə də böyük işlər görülmüşdür, Olimpiya Mərkəzi tikilmişdir, parklar salınır, kənd yolları tikilir. Bu gün bir kənd yolunun açılışını da qeyd etdik. Rayon sakinlərinin xahişini nəzərə alaraq Cəlilabad-Yardımlı yolu tikilir. Həm iki rayonu birləşdirir, eyni zamanda, yolun üstündə yerləşən onlarla kəndi əhatə edirik. Onlarla kənd yeni yoldan istifadə edəcəkdir.

Bütün işlər, iqtisadi-sosial, infrastruktur layihələri ardıcıl şəkildə aparılır. Mənə verilən məlumata görə, qazlaşdırma prosesi də gedir. Düzdür, rayon hələ ki, tam şəkildə qazlaşdırılmayıbdır, ancaq hesab edirəm ki, yaxın bir il ərzində bütün kəndlər, şəhər də daxil olmaqla yüz faiz qazlaşdırılmalıdır. İçməli su layihəsi gələn ilin sonuna qədər başa çatacaqdır, Cəlilabad şəhərinin təmiz içməli su ilə təminatı həll ediləcəkdir. Tibb mərkəzləri. Yəni, rayonda bütün sosial infrastruktur yenilənir, tikilir və bundan sonra da biz bu siyasəti davam etdirəcəyik.

Cəlilabad böyük rayondur, əhalisi də çoxdur. Əlbəttə ki, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər görülür, vaxtaşırı Prezidentin ehtiyat fondundan vəsait ayrılır, dövlət investisiya proqramında məsələlər öz həllini tapır. Növbəti illər üçün Cəlilabadda bu günə qədər həll edilməyən məsələlər də öz həllini tapacaqdır. Xüsusilə biz müxtəlif layihələri gələn ilin investisiya proqramına salacağıq. Gələn il növbəti regional inkişaf proqramı qəbul ediləcəkdir ki, oraya da bu günə qədər görə bilmədiyimiz məsələlər salınacaqdır.

Rayonun hərtərəfli inkişafı ilə bağlı kompleks tədbirlər görülür və qeyd etdiyim kimi, səhiyyə, təhsil, infrastruktur, iqtisadi inkişafla bağlı bütün məsələlər öz həllini tapır. Deyə bilərəm ki, son illərdə Cəlilabadda görülən işlər ölkəmizin ümumi dinamikasını göstərir. Mən son 10 il ərzində Prezident kimi dəfələrlə Cəlilabadda olmuşam, əvvəlki dövrlərdə də olmuşam. Amma Prezident kimi bu, mənim altıncı səfərimdir. Demək olar ki, rayonda iki ildən bir, bəlkə ondan da tez oluram. Keçən il də olmuşam. Əlbəttə ki, bu səfərlər imkan verir ki, vəziyyətlə dərindən tanış olum, eyni zamanda, insanları narahat edən problemləri də mən gərək sizdən eşidim. Əlavə nə edilməlidir, həllini gözləyən hansı əlavə məsələlər var ki, biz gələcəkdə onları həll edək. Əlbəttə, bu səfərlərdə, hər bir səfərdə biz hansısa bir önəmli obyektin açılışında iştirak edirik.

Bu xəstəxana doğrudan da, bir memarlıq əsəridir. Bir daha demək istəyirəm ki, bu xəstəxana insanların sağlamlığı üçün tikilibdir və insanların, vətəndaşların sərəncamına verilir. Eyni zamanda, bu xəstəxana həkimlərin iş yeridir. Həkimlər də başqa kateqoriyalı işçilər kimi keyfiyyətli iş yerləri ilə təmin edilməlidir. Burada iş şəraiti çox gözəldir, yüksəkdir. İstənilən şəhərdən, hətta Bakıdan buraya gəlib işləmək istəyənlərin hesab edirəm ki, sayı az olmamalıdır. Ancaq mənə verilən məlumata görə, yerli həkimlər də peşəkardırlar. Həkimlər daim öz peşəkarlığını artırmalıdırlar ki, dünyada gedən yeniliklər Azərbaycanda tətbiq edilsin. Çünki tibb elmi sürətlə inkişaf edir, burada ən müasir avadanlıq quraşdırılıbdır. Əsas odur həkimlərin təkmilləşdirilməsi prosesi daim getsin ki, insanlara keyfiyyətli tibbi xidmət göstərilsin. Həkimləri, vətəndaşları, Cəlilabad rayon sakinlərini təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

X X X

Həkim Nəzakət NƏZƏRLİ rayon sakinləri adından Azərbaycan Prezidentinə minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident, icazə verin Sizi rayon ictimaiyyəti, çoxsaylı səhiyyə işçiləri adından salamlayım, Cəlilabada xoş gəlmisiniz deyim. Hamımıza yaxşı məlumdur ki, Sizin fəaliyyətinizdə insan amili, onun sağlamlığı, rifahı həmişə ön mövqelərdə durub. Respublikamızda yeni tikilən, əsaslı təmir edilən xəstəxanalar, müasir müalicə-diaqnostika mərkəzləri, ixtisaslaşmış tibbi kadrların hazırlanması istiqamətində aparılan işlər, mütərəqqi tibbi nailiyyətlərin respublikamızın səhiyyə ocaqlarına tətbiq olunması dediklərimizin əyani sübutudur. 2010-cu ildə rayonumuzda müasir müalicə-diaqnostika mərkəzi açıldı. Hazırda bu mərkəz öz işini müvəffəqiyyətlə yerinə yetirir, əhaliyə nümunəvi xidmət göstərir. Çox qısa bir müddət ərzində belə möhtəşəm, yüksək səviyyəli yeni səhiyyə ocağı tikildi və bu gün istifadəyə verilir. İdeal iş şəraitinə, müasir təminat və təchizata malik belə bir səhiyyə ocağının yaranması əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək üçün geniş imkanlar açır, ən mürəkkəb əməliyyatların aparılmasına şərait yaradır.

Cənab Prezident, bu, həm də həkim əməyinə verilən yüksək qiymətdir. Əlbəttə, bu yüksək qiymət bizim üzərimizə yüksək məsuliyyət hissi də qoyur. Çünki bizim belə möhtəşəm, gözəl şəraitdə yaxşı işləməməyə haqqımız yoxdur. Belə yüksək səviyyəli tibb ocağını bizə bəxş etdiyinizə görə Sizə təşəkkür edirik, çox sağ olun deyirik. Sizi əmin etmək istəyirəm ki, bundan sonra daha səylə çalışacaq, öz üzərimizdə daha çox işləyəcək, əhalinin sağlamlığının keşiyində dayanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Ümumiyyətlə, son vaxtlar respublikamızda təkcə səhiyyə sistemində deyil, bütün sahələrdə böyük işlər görülür. Rayonlarımız, şəhərlərimiz böyüyür, abadlaşır, Cəlilabadımız da gündən-günə gözəlləşir, demək olar ki, regionda füsunkar, abad guşələrdən birinə çevrilir. Parklar, meydanlar, uşaq bağçaları, məktəblər, yeni yollar - bütün bunlar hamısı, cənab Prezident, Sizin regionlara olan diqqət və qayğınızın nəticəsidir, Sizin fədakar əməyinizin bəhrəsidir. Sizə Azərbaycan xalqının rifahı naminə bu müqəddəs, çətin, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayırıq. Bütün Azərbaycan xalqı, bütün cəlilabadlılar həmişə Sizinlədir. Sizinlə birgə addımlamağa hazırıq, Sizə inanırıq. İnanırıq ki, bizi ancaq zirvələrə doğru aparacaqsınız. Tanrı Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Biz hələ birlikdə çox iş görəcəyik. Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Siz də qeyd etdiyiniz kimi, rayon hərtərəfli inkişaf edir. Bütün məsələlər öz həllini tapır. Həm iş yerləri, yeni müəssisələr açılır, eyni zamanda, şəhər abadlaşır. Əvvəlki dövrlərdə Heydər Əliyev Seyrəngahını, Olimpiya Mərkəzini, Diaqnostika Mərkəzini, yolları, sənaye obyektlərini biz sizinlə bərabər açmışıq. Əlbəttə ki, ölkənin inkişafı dövlət siyasətindən, dövlətin başında dayanan şəxslərin işindən, onların gələcəyə baxışlarından asılıdır. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət aparılır. Son 10 ilin tarixi bunun əyani sübutudur. Çünki son 10 il ərzində dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Bu, sadəcə reallıqdır, dünya statistikasıdır. Ancaq o da həqiqətdir ki, əgər bu siyasət və bu təşəbbüslər yerlərdə dəstək qazanmasaydı, heç bir işi görmək mümkün olmazdı. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bütün təşəbbüslər yerlərdə dəstəklənir və eyni zamanda, qərarlarımızın təməlində də insanların arzularıdır. Çünki bir çox hallarda bölgələrdə görülən işlərin təşəbbüskarı vətəndaşlar olmuşlar. Mənim rayonlara səfərlərim və insanlarla söhbət əsnasında qaldırılan məsələlər sonradan regional inkişaf proqramının tərkib hissəsi kimi qəbul edilir və icra olunur. Ona görə bu canlı bağlantı mütləq olmalıdır. Əgər bu olmasa, onda işlər getməyəcəkdir. Bütün təşəbbüslər xalq tərəfindən nəinki dəstəklənir, Azərbaycan vətəndaşları bu işlərin fəal iştirakçılarıdırlar, o cümlədən Cəlilabadda.

Əlbəttə, dövlətimiz nə qədər güclü olsa, bizim maliyyə imkanımız o qədər də güclü olacaqdır ki, bütün bu işləri görək. Çünki bütün bu məsələlər böyük maliyyə vəsaiti tələb edir. Sosial sahəyə qoyulan vəsait geri qayıtmır. Yəni, vəsait kimi geri qayıtmır. İnsan kapitalı kimi əlbəttə ki, geri qayıdır və qayıtmalıdır. Xəstəxana, yol çəkilişi, digər ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri, qazlaşdırma - bütün bu layihələr sırf sosial məna daşıyır, bir daha onu göstərir ki, həmişə dediyim kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq bir şüar deyil, həqiqətdir, belə də olmalıdır. Hər dövlətdə belə olmalıdır. Belə olmasa, onda dövlətlərdə problemlər yaşanar. Əgər insan amili kənara qoyulursa, başqa amillər önə çəkilirsə, bu ölkələrin gələcəyi yoxdur. Bizdə isə sosial siyasət güclü iqtisadi islahatlarla, iqtisadi siyasətlə tamamlanır. Bizim uğurlarımızın səbəbi bax, budur.

İndi dünyanın müxtəlif yerlərində yaşanan hadisələri hamımız televizordan görürük, mətbuatdan izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində çox çətin proseslər gedir. Haradasa böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, haradasa qanlı toqquşmalar. Yəni, bizim ətrafımızda demək olar ki, müxtəlif yerlərdə vəziyyət artıq çox gərginləşib, alovlanır. Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir.

Azərbaycan bütün bu böhranlı illərə baxmayaraq, öz iqtisadi inkişafını təmin edib və artırıb. Bunun səbəbi çox aydındır. Bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla iqtidar arasında olan birlikdir. Budur, bizim uğurlarımızın əsas sirləri. Çünki bəzi hallarda xarici qonaqlarla söhbət əsnasında sual verilir ki, necə olur, hər yerdə vəziyyət başqa cürdür, sizdə isə inkişafdır. Bunun sirri nədir? Yenə də deyirəm və hesab edirəm ki, bunun əsas sirri xalqla iqtidar arasında olan birlikdir, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı vahid mövqeyin mövcudluğudur.

Cəmiyyətdə ölkəmizin xarici, daxili, iqtisadi siyasəti ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Yəni, cəmiyyətin bütün üzvləri qlobal, ümumi istiqamətlər üzrə bir fikirdədir - ölkəmizi daha da gücləndirməliyik, beynəlxalq mövqelərimizi gücləndirməliyik, daxili inkişafı bundan sonra da təmin etməliyik ki, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan dövləti daha da qüdrətli olsun.

Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərir. Eyni zamanda, hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Deyə bilərəm ki, biz bütün bu müsbət meylləri Cəlilabad rayonunda görürük.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar, cansağlığı arzu edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur VİDEO

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur