Cəlilabadda əyləncəli idman yarışının qalibləri müəyyənləşib
Cəlilabad, 12 may, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonu üzrə məktəbəqədər təhsil müəssisələrinin uşaqları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Cırtdan” əyləncəli idman yarışının final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, final yarışının nəticələrinə əsasən, Cəlilabad şəhər 11 nömrəli körpələr evi-uşaq bağçasının “Dəmir Yumruq” komandası I yerə, Kazımabad kənd körpələr evi-uşaq bağçasının “Xudayar” komandası II yerə, Cəlilabad şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının “Lələtəpə” komandası III yerə və Privolnoye kənd körpələr evi-uşaq bağçasının “Uğur” komandası IV yerə layiq görülüb.
Sonda qalib komandalara hədiyyələr təqdim edilib.