Cəlilabadda keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib
Cəlilabad, 2 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 2-də Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gənclər Günündə ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsində məqsəd, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək göstərmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gün ərzində davam edən aksiya zamanı Cəlilabad şəhərinin küçə və prospektlərində, xiyabanlarda, istirahət yerlərində müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.