Cənubi Koreyada bir gecə klubunda qəza: 2 nəfər ölüb, 17 yaralı var
Bakı, 27 iyul, AZƏRTAC
Cənubi Koreyanın Kvandju şəhərində bir gecə klubunda daxili balkonun uçması nəticəsində 2 nəfər ölüb, 17 adam yaralanıb. AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, yaralananların arasında Dünya Üzgüçülük Çempionatında iştirak edən idmançılar da var. Onların ABŞ, Yeni Zelandiya, İtaliya və Braziliya vətəndaşları olduqları bildirilir.
Qəza zamanı “Coyote Ugly” gecə klubunun içərisində 370 nəfər olub. Bu gənclərin əksəriyyəti su polosu idmanı üzrə komandaların üzvləri olublar. Ölən şəxslərin isə koreyalı olduqları qeyd olunub. Gecə klubunda qadınlardan ibarət ABŞ yığmasının qələbəsini qeyd edirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]