Cənubi Koreyada rekord sayda marixuana qaçaqmalçılığı qeydə alınıb
Pekin, 19 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın hüquq-mühafizə orqanları ilin 8 ayında marixuana qaçaqmalçılığı üzrə 246 hal aşkarlayıblar. Bu, ölkə tarixində rekord sayda marixuana qaçaqmalçılığıdır.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın gömrük qurumu açıqlama yayıb. Bildirilir ki, qeyd olunan hallar üzrə ümumilikdə, 1,45 milyon ABŞ dolları dəyərində 55 kiloqram marixuana aşkarlanıb. Ötən ilin eyni dövründə 188 hal üzrə builkindən 31 faiz az marixuana aşkarlanaraq götürülmüşdü.
Deputatlar hüquq-mühafizə orqanlarından narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı daha ciddi mübarizə aparılmasını tələb ediblər.
Qeyd edək ki, statistika son 5 ildə Cənubi Koreyada marixuana qaçaqmalçılığının sürətlə artdığını göstərir. Əgər 2016-cı ildə marixuana qaçaqmalçılığı üzrə 94 hal qeydə alınmışdısa, ötən il bu rəqəm 284 olub. Cənubi Koreyada narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə görə beş ildən ömürlük azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]