Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazda xaos gözləyənlər: müharibə ssenariləri və təhlükəli proqnozlar

Cənubi Qafqazda xaos gözləyənlər: müharibə ssenariləri və təhlükəli proqnozlar

Dünyanın müxtəlif analitik mərkəzləri Cənubi Qafqazda geosiyasi dinamikanın təhlilinə dair məruzələr dərc edirlər. Onlar ilk baxışdan obyektiv və maraqlı təsir bağışlayırlar. Lakin məsələyə bir qədər geniş aspektdə yanaşdıqda, başqa məqamlar ortaya çıxır. Aydın olur ki, obyektiv təhlil kimi təqdim edilən həmin materiallarda, əslində, böyük güclərdən hansınınsa maraqları ifadə olunub. Ancaq bu kimi analiz və proqnozlar reallığı gizlədərək insanların şüuruna mənfi təsir göstərir. Nəticədə, Dağlıq Qarabağ kimi münaqişələr həll edilməmiş qalır və bütövlükdə Cənubi Qafqaz təhdidlərlə üzləşir. Rusiyanın analitik mərkəzlərindən birinin hazırladığı məruzə bu baxımdan diqqətimizi çəkdi və orada ifadə edilən bir sıra fikirlər üzərində dayanmağı lazım bildik.

Silahlanma: Ermənistan niyə uduzur?

Ekspertlərin Cənubi Qafqazda geosiyasi mənzərənin yeniləşmə ehtimalı ilə bağlı irəli sürdüyü proqnozlar diqqəti çəkir. Onları ümumiləşdirsək, ortaq bir məqamı görmüş olarıq: bu regionda vəziyyət gərginləşə bilər! Fərqli səbəblər göstərilir, lakin, təəssüf ki, nikbin nəticə çıxaran yoxdur. Analitiklər, nədənsə, yalnız bədbin ssenarilərdən bəhs edirlər. Bunun səbəbi nədir?

Təbii ki, hər bir analitik mərkəzin öz maraqları var. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında subyektiv qənaətlərə yer verilir. Düşündürücüdür ki, onların böyük əksəriyyətində problemə obyektiv yanaşma gözə dəymir. Doğrudur, təcavüzkarın zəbt etdiyi torpaqların Azərbaycana məxsusluğu inkar edilmir. Ancaq mətnlərdə "dqr" ordusu kimi ifadələr işlədilir ki, bu da real mənzərənin tam təhrif olunmasıdır. Çünki münaqişə Ermənistan ordusunun xarici havadarlarının birbaşa yardımı ilə Azərbaycanın ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meydana gəlib. Burada mifik "dqr" ordusu" deyimi bu həqiqəti ört-basdır etməkdən başqa bir şey deyil.

Bütün proqnozların təhrifi də həmin çıxış nöqtəsindən başlayır. Münaqişənin real mənzərəsini yaratmadan nə onun səbəbləri, nə də ədalətli həlli yolları barədə elmi proqnozlar vermək mümkün deyil. Burada başlıca olaraq hansısa dairələrin dəyirmanına su tökməkdən söhbət gedə bilər. Rusiyanın Strategiyalar və Texnologiyaların Analizi Mərkəzinin mütəxəssislərinin hazırladıqları "Tufan gözləntisi: Cənubi Qafqaz" adlı hesabat-məruzə də belə ciddi nöqsandan xali deyil (bax: В ожидании бури: Южный Кавказ. Под редакцией: К.В. Макиенко - М.: Центр анализа стратегий и технологий, 2018. - 200 c.).

Məruzədə Dağlıq Qarabağ münaqişəsinin həm tarixinə nəzər salınır, həm də müəyyən proqnozlar verilir. Lakin müəlliflər "dqr" adlanan qondarma qurumu münaqişə tərəfi kimi göstərməyə çalışır və onun "ordu quruculuğu"ndan Azərbaycanla müqayisədə bəhs edirlər. Belə təəssürat yaranır ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazisində yaradılmış bir qanunsuz rejimi de-fakto və de-yure qəbul etməklə münaqişənin taleyinə baxmaq lazımdır. Xüsusilə Mixail Barabanovun "Gələcək müharibə: texniki üstünlük və insan kapitalı" adlı məqaləsində həmin qeyri-obyektiv və qərəzli mövqe daha qabarıq ifadə olunub (bax: əvvəlki mənbə, s. 168-172).

M.Barabanov Azərbaycanla Ermənistanın silahlanması prosesini təsvir etməyə çalışır. O, Azərbaycanın getdikcə daha çox texniki üstünlüyə malik olduğunu ifadə edir. Lakin bunun əsas olaraq kəmiyyət göstəricisi olduğunu vurğulayır. Yəni Azərbaycan neft gəlirlərindən istifadə edərək, Ermənistandan daha çox - ildə 3 milyard dollara qədər silah almağa pul xərcləyir. Ermənistan isə maksimum 450 milyon dollarlıq silah ala bilir. Doğrudur, 2016-cı ildən başlayaraq Azərbaycan silah almağa bir qədər az vəsait ayırmağa "məcbur olub". Ancaq Ermənistan daha pis vəziyyətdədir. Nəticədə, silahların kəmiyyəti və texniki göstəriciləri sahəsində Azərbaycanın Ermənistandan üstünlüyü getdikcə daha çox olur.

Bunlara demoqrafik dinamikanı da əlavə etmək gərəkdir. Belə ki, Ermənistan əhalisi həm doğumun azlığı, həm də miqrasiya sayəsində getdikcə azalır. Hətta 2030-cu ildə orada insanların sayının 3 milyona düşə biləcəyi proqnozlaşdırılır. Azərbaycanda isə əksinə, hər il artım müşahidə edilir və 2030-cu ildə burada əhalinin sayının 10,7 milyon olması gözlənilir. Beləliklə, indi də demoqrafik vəziyyət Azərbaycanda yaxşıdır, Ermənistanda isə faciəvidir.

Yaxın perspektivdə də həmin tendensiya davam edəcək. Belə çıxır ki, Azərbaycan həm silahlanma, həm də demoqrafik inkişaf baxımından Ermənistandan qat-qat üstün olacaq. Azərbaycanda hazırda 250 min nəfəri silah altına almaq mümkündürsə, Ermənistanda bu rəqəm 50 mini keçmir (bax: Эксперты предрекли эскалацию военного конфликта между Ереваном и Баку / РБК, 24 mart 2018).

Qüsurlu müqayisələr: ədalət pozulanda...

Bu kimi müqayisələr əsasında məruzədə belə nəticə çıxarırlar ki, gələcəkdə müharibə olarsa, Azərbaycan qısa müddətdə Ermənistanı məğlub edə bilər. Savaş uzansa, Azərbaycanın qalib gəlmək şansı azalar. Səbəb? Sən demə, ermənilər azərbaycanlılara nisbətən daha "cəsarətlidirlər və keyfiyyətli" döyüşürlərmiş! (bax: В ожидании бури: Южный Кавказ. Под редакцией: К.В. Макиенко - М.: Центр анализа стратегий и технологий, 2018, s. 169). Bax, buna deyərlər dünyanın ən böyük yalanı və uydurması!

Birincisi, tarixən türklər mərd və cəsarətli döyüşçülər kimi tanınıblar. Türkləri Şərqdə də, Avropada da yaxşı tanıyırlar və yəqin ki, xatırlayırlar da! Ermənilər haqqında isə "Sən köləsən, sən qorxaqsan, sən ermənisən" (A.S.Puşkin) deyimi yaddaşlarda qalıb. İkincisi, Aprel döyüşləri də göstərdi ki, erməni əsgərlər savaşda bir-bir qaçıb aradan çıxırlar. Onlar hətta paltarlarını atıb döyüş meydanını tərk edirlər. Üçüncüsü, heç kəsə sirr deyil ki, nə "dqr" ordusu var, nə də əməli-saleh Ermənistan ordusu - reallıqda Rusiyanın və Qərbin böyük dövlətlərinin planları mövcuddur. Dağlıq Qarabağdakı vəziyyəti də onlar müəyyənləşdirirlər. Yuxarıda adı çəkilən məruzənin müəllifləri də yaxşı bilirlər ki, Azərbaycan Ordusu sürətlə erməni ordusunu darmadağın edər. Ancaq müəyyən xarici qüvvələr buna əngəl olurlar.

Bütün bunları nəzərə almadan Ermənistanın silahlanması zərurətini qabartmağa çalışırlarsa, burada xüsusi məqsəd var. Məruzə müəllifləri Azərbaycanın sayca silahlarını artırması fonunda daim vurğulayırlar ki, Ermənistan da silahlanmalıdır. Əks halda, məğlub ola bilər. Deməli, Ermənistan Rusiyanın hərbi çətirindən çıxsa, fəlakətə düçar olacaq. Məsələ ondan ibarətdir ki, son zamanlar bir sıra erməni siyasətçisi və analitiki Qərbə yaxınlaşmaq xəttinə üstünlük verməyin lazım gəldiyini deyirlər. Onlar İrəvanın Rusiyanın təsiri altından çıxmalı olduğu fikrini tez-tez hallandırırlar. Buna qarşılıq da Rusiya analitikləri ermənilərə çatdırmağa çalışırlar ki, taleyiniz Moskvanın əlindədir. Çünki Azərbaycan sürətlə silahlanır, ordunun gücü artır.

Təsadüfi deyil ki, adıçəkilən məruzədə müəlliflər Azərbaycan Ordusunun hansı istiqamətlərdə necə hərəkət edə biləcəyini belə təsvir etməyə cəhd göstərir, erməni müdafiəsinin bu hücum qarşısında tab gətirə biləcəyinə inamın olmadığını ifadə edirlər. Xüsusilə düzənlik sahədə Azərbaycan Ordusu ildırım sürətli və yeni silahlara əsaslanan hücumla erməniləri ağır məğlubiyyətə uğrada bilər. Sonra, ifadə edirlər ki, Ermənistanın maliyyə, texniki və demoqrafik imkanları bu gücün qarşısında dayanmağa yetərli deyil. Nəticə: Ermənistan daim havadarından asılı olmalıdır, Qərbin təxribat xarakterli dəvətlərinə və çağırışlarına uymamalıdır!

Maraqlıdır ki, ABŞ-da da Ermənistan-Azərbaycan münasibətləri hərbi qarşıdurma kontekstində müzakirə edilib (bax: Vaşinqtonda "Ermənistanın yeni çağırışları: Qərb necə münasibət bildirməlidir?" mövzusunda "dəyirmi masa" keçirilib / AZƏRTAC, 3 aprel 2018). Burada da Ermənistan üçün fəlakətli ssenarilərdən bəhs ediblər. Çıxışçılar Azərbaycanın daha güclü olduğunu birbaşa ifadə ediblər. Lakin nəticə hissəsi xeyli dərəcədə düşündürücüdür.

Məsələ ondan ibarətdir ki, həm Qərb, həm də Rusiya analitikləri Ermənistanın məğlub olacağından danışır, bununla bağlı proqnozlar verirlər. Ancaq onların heç biri demir ki, bu məğlubiyyətdən qurtulmaq üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Real və ədalətli yol bundan ibarətdir. Əvəzində, hər iki böyük güc ermənilərə "mənə sığın" mesajını verir. Əgər sığınsan, sənə çoxlu silah verərik və işğal etdiyin torpaqlar səndə qalar!

Bu, çox təhlükəli və region xalqlarına fəlakət gətirə biləcək mövqedir. Artıq erməni xalqı düşünməlidir - kənardan verilən əmrləri yerinə yetirməkdə davam etmək tarixdə növbəti dəfə təxribat quyusuna düşmək deməkdir...

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq