Ceyhun Cəlilov: 2023-cü ildə Naxçıvanda özünüməşğulluq proqramına 1000 nəfər cəlb olunub
Naxçıvan, 31 yanvar, AZƏRTAC
Ötən il Naxçıvanda özünüməşğulluq proqramına 1000 nəfər cəlb olunub. Bu il üçün də əlavə olaraq proqrama 1000 nəfərin cəlb edilməsi nəzərdə tutulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov səsləndirib.
O qeyd edib ki, hazırda nazirlik tərəfindən Naxçıvanda vətəndaşlara 136 xidmət göstərilir. Bu xidmətlərin 119-u tam elektronlaşdırılıb.
Ceyhun Cəlilov bildirib ki, ötən dövrdə nazirlikdə 20 min 758 vətəndaş müraciəti qeydə alınıb.
Muxtar respublikada orta aylıq əməkhaqqı üzrə göstəricilərə nəzər salan nazir vurğulayıb ki, bu, ilin əvvəlində dövlət sektoru üzrə 555 manat, özəl sektor üzrə 437 manat təşkil edib. İlin sonunda isə bu rəqəm dövlət sektoru üzrə 654 manat, özəl sektor üzrə 524 manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]