ÇADIR DÜŞƏRGƏSİNİN İÇMƏLİ SU HOVUZLARI YENİDƏN QURULUB
ABŞ-ın Kounterpart Beynəlxalq İcma və Humanitar Yardım Proqramının maliyyəsi ilə Sabirabadda məcburi köçkünlərin və qaçqınların müvəqqəti məskunlaşdığı Qalaqayın çadır düşərgəsində üç su hovuzu yenidən qurulub istifadəyə verilmişdir.
Proqramın direktoru Ziya Cəfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, içməli su mənbələrinin üstü örtülmüş, xlorlaşdırılması təmin olunmuş, nasosxana qurulmuşdur. Bundan əvvəl hovuzların üstü açıq idi, bəzi hallarda su çirklənməsi narahatlıq yaradırdı.