Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 27 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 10 faizini təşkil etmişdir.
Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25, Qanıx çayının Əyriçay məntəqəsində isə 4 santimetr azalma müşahidə olunmuşdur.
Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsində 5, Şirvanda 10, Salyanda 14, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 5 santimetr artım qeydə alınmışdır.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]