ÇEMPİONLAR LİQASININ 3-CÜ SEÇMƏ MƏRHƏLƏSİNDƏ QARŞILAŞACAQ KOMANDALAR MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, çempionlar liqasının 3-cü seçmə mərhələsində iştirak edəcək bütün komandalar müəyyən edilmişdir. İspaniyanın “Barselona”, İngiltərənin “Arsenal” və “Liverpul”, İtaliyanın “Fiorentina” və “Yuventus” komandaları Avropa kuboku uğrunda mübarizəyə başlayırlar.
İlk oyunlar avqustun 12-13-də, cavab görüşləri avqustun 26-27-də keçiriləcəkdir. Qrup mərhələsinin püşkatma mərasimi avqustun 28-nə təyin olunmuşdur.
Beləliklə, çempionalar liqasında aşağıdakı komandalar qarşılaşacaqlar - “Spartak” (Moskva)-“Dinamo” (Kiyev), “Barselona” (İspaniya)-“Visla” (Polşa), “Şaxtyor” (Ukrayna)-“Dinamo” (Zaqreb, Xorvatiya), “Şalke-04” (Almaniya)-“Atletiko” (İspaniya), “Yuventus” (İtaliya)-“Artmedia” (Slovakiya). “Fiorentina” (İtaliya)-“Slaviya” (Çexiya), “Standard” (Belçika)-“Liverpul” (İngiltərə), “Tvente” (Hollandiya)-“Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə)-“Styaua” (Rumıniya), “Anortosis” (Kipr)-“Olimpiakos” (Yunanıstan), “Vitoriya Gimarayeş” (Portuqaliya)-“Yeazel” (İsveçrə), “Panatinaikos” (Yunanıstan)-“Sparta” (Çexiya), “Olborq” (Danimarka)-“Kaunas” (Litva), “Levski” (Bolqarıstan)-“BATE” (Belarus), “Partizan” (Serbiya)-“Fənərbaxça” (Türkiyə), “Brann” (Norveç)-“Marsel” (Fransa).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]