Çexiya iqtisadiyyatında artım müşahidə olunur
Praqa, 3 mart, AZƏRTAC
Çexiya iqtisadiyyatı 2025-ci ildə sürətli artım nümayiş etdirib.
AZƏRTAC Çexiya Statistika İdarəsinin yenilənmiş məlumatlarına istinadla xəbər verir ki, ölkənin ümumi daxili məhsulu 2,6% artıb. Bu rəqəm yanvar ayında dərc edilmiş ilkin qiymətləndirmədən 0,1 faiz bəndi yüksək olub. Bu, 2022-ci ildən bəri ən sürətli iqtisadi artımdır.
İlin son rübündə də müsbət dinamika müşahidə olunub. İllik müqayisədə ÜDM 2,6%, üçüncü rüblə müqayisədə isə 0,6% artıb. İqtisadi aktivlik həm daxili tələbat, həm də ixrac tərəfindən dəstəklənib.
Ev təsərrüfatının istehlak xərcləri illik müqayisədə 3%, dövlət xərcləri isə 2,2% artıb. İnvestisiya fəaliyyəti də müsbət dinamika göstərib, investisiyalar əvvəlki ilə nisbətən 2% artıb. Xarici ticarət balansında da yaxşılaşma qeydə alınıb. Profisit təxminən 20,77 milyard avroya bərabər olan 504,2 milyard Çexiya kronuna çatıb.
Əmək bazarında da dəyişikliklər olub. Məşğul insanların sayı 1,1% artaraq təxminən 5,5 milyona çatıb. Bundan əlavə, işlənilən ümumi saatların sayı illik müqayisədə 2,3% artıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
- 21.09.2026 [08:40]
Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb
- 21.09.2026 [07:07]
Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib
- 21.09.2026 [06:30]
Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [19:03]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:46]
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib
- 20.09.2026 [18:34]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [18:10]