ÇEXİYADA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdə Azərbaycanı Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov və Qarabağ müharibəsi əlili Fuad Alxasov, Ermənistanı isə “Nairi” qəzetinin baş redaktoru Mariya Sarkisyan və “Erməni evi” təşkilatından Qrant Sarkisyan təmsil etmişlər.
Hər iki ölkənin milli xörəklərinin təqdimatı ilə başlayan tədbirdə iştirakçıların və KİV nümayəndələrinin diqqətini Azərbaycan mətbəxinin nümunələri çəkmişdir. Bundan sonra, Avropa Birliyinin dəstəyi ilə çəkilmiş “Azərbaycan və Ermənistan - müharibə və sülh arasında” sənədli filmə baxış keçirilmişdir.
Tədbirdə hər iki tərəfin nümayəndələri çıxış etmiş və auditoriyanın suallarını cavablandırmışlar. Ermənilər həmişə olduğu kimi, Qarabağın tarixi haqqında iştirakçılara yanlış məlumat verməyə cəhd göstərmiş, lakin buna nail ola bilməmişlər. Azərbaycanı təmsil edən şəxslər Xocalı faciəsini, torpaqlarımızın 20 faizinin zəbt olunmasını foto-video materiallarla sübut etdikdən sonra ermənilər müzakirələri yarımçıq tərk etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:45]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]