Çexiyalı deputatlar və xarici ölkələrin səfirləri arasında futbol oyunu keçirilib
Praqa, 12 iyun, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin təşəbbüsü ilə Çexiya parlamentinin deputatları və bu ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri arasında Praqada futbol üzrə dostluq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, matçda səfir Fərid Şəfiyev ilə yanaşı, Çexiya parlamentinin sədri Radek Vondraçek, sədr müavini Yan Hamaçek, deputatlar, habelə İspaniya, Estoniya, Cənubi Koreya, İraq, Almaniya, Norveç, Hollandiya, Qazaxıstan, Çin, Nigeriya və digər ölkələrin səfirləri və diplomatları iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa