Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 38-ə çatıb
Bakı, 29 iyul, AZƏRTAC
Çində leysan yağışlarından sonra baş vermiş torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 38-ə çatıb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, xilasedicilər itkin düşmüş daha 13 insanın axtarışını davam etdirirlər.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Çinin cənub-qərb bölgəsində bir neçə gün davam edən leysan yağışlarından sonra 21 ev suyun altında qalıb. Quiçjou əyalətinin rəsmiləri China Daily nəşrinə bildiriblər ki, Şuiçjenq rayonunda torpaq sürüşmələri ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində xəsarət alan və evsiz-eşiksiz qalan sakinləri məktəblərin binalarında yerləşdiriblər. Burada onlara tibbi və psixoloji yardım göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]