Çinin kosmik aparatı Marsın ilk fotosunu göndərib
Bakı, 4 fevral, AZƏRTAC
Marsın tədqiqi üzrə Çin zondu Qırmızı planetin 2,2 milyon kilometr məsafədən çəkilmiş ilk şəklini göndərib.
AZƏRTAC xəbər verir ki, Çin Dövlət Kosmik İdarəsinin (CNSA) yaydığı məlumata görə, kosmik aparat orbitin dördüncü korreksiyasını uğurla yerinə yetirib. Fotonun bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 16:00) göndərildiyi bildirilir.
“Tyanven-1” iyulun 23-də buraxılıb və 197 gündür uçuşdadır. O, hazırda Yerdən təxminən 184 milyon kilometr məsafədə yerləşir. Marsa olan məsafə isə 1,1 milyon kilometrdir.
Zondun missiyasına Mars orbitində fırlanmaq, Qırmızı planetin səthinə enmək daxildir. Missiyanın uğurlu olacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsda mümkün həyat əlamətlərini aşkara çıxarmaq, həmçinin gələcəkdə bu planetin insan yaşayışı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]