Çinin Sincan bölgəsində azad ticarət zonası yaradılır
Pekin, 1 noyabr, AZƏRTAC
Çin hökuməti ölkənin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda pilot azad ticarət zonası yaradır.
AZƏRTAC xəbər verir ki, ÇXR Dövlət Şurasının (Nazirlər Kabineti) qəbul etdiyi plana əsasən, azad ticarət zonası muxtar rayonun paytaxtı olan Urumçi, habelə Qaşğar və Horqos şəhərləri üzrə üç hissədən ibarət olmaqla, ümumilikdə 179 kvadratkilometr sahəni əhatə edəcək. Əsas diqqət inkişaf etməkdə olan müasir sənaye, xidmət sahələrinə yönəldəcək. Azad ticarət zonası bölgənin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasındakı rolunun genişlənməsinə töhfə verməklə yanaşı, muxtar rayonun iqtisadi inkişafına da müsbət təsir edəcək. Azad ticarət zonasında xarici ticarət imkanları, maliyyə xidmətləri genişləndiriləcək, inteqrasiya edən yerli və xarici ticarətin təşviqi həyata keçiriləcək.
Bu, Çinin ümumilikdə 22-ci, ölkənin şimal-qərb regionunda isə ilk azad ticarət zonasıdır. Ərazisinə görə ÇXR-in ən iri bölgəsi olan Sincan Uyğur Muxtar Rayonu Monqolustan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Hindistanla sərhəddə yerləşir. Bölgə tarixən İpək yolu ticarətində mühüm rol oynayıb. Hazırda Çindən Mərkəzi və Qərbi Asiyaya, Rusiyaya, Avropaya avtomobil və dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin əhəmiyyətli hissəsi məhz Sincan Uyğur Muxtar Rayonundan keçir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
- 04.10.2026 [09:56]
Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib
- 04.10.2026 [06:35]
Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [17:17]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [17:09]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [17:01]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 03.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:35]
Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq
- 03.10.2026 [16:31]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [16:16]