Çox nadir hallarda Alzheimer xəstəliyi yoluxucu ola bilər - Tədqiqat
Bakı, 30 yanvar, AZƏRTAC
Alzheimer xəstəliyinin çox nadir hallarda insanlar arasında ötürülmə ehtimalı var.
AZƏRTAC "Sciencenews" saytına istinadən xəbər verir ki, tədqiqatçılar yanvarın 29-da "Nature Medicine" jurnalında uşaq ikən böyümə hormonunun inyeksiyalarını qəbul edən beş nəfərdə Alzheymer xəstəliyinin qeyri-adi dərəcədə inkişaf etdiyini bildiriblər.
Bu fikrin narahatedici səslənməsinə baxmayaraq, onlar Alzheimer xəstəliyinin gündəlik həyatda, o cümlədən tibbi şəraitdə yoluxucu olmadığını vurğulayıblar. London Universitet Kollecinin Prion Xəstəlikləri İnstitutunun nümayəndəsi olan Kollinq "Biz anidən Alzheymer xəstəliyinə tutula biləcəyinizi düşünmürük, çünki bu xəstəlik virus və ya bakterial infeksiya kimi yoluxucu ola bilməz”, - deyə bildirib.
Tədqiqatda iştirak etməyən San-Fransisko Kaliforniya Universitetinin neyrobioloqu Karlo Kondello da bu fikri təsdiqləyib və heç bir şəkildə Alzheimer xəstəliyinin yoluxucu bir xəstəlik olduğuna inanmadığını bildirib.
Alzheimer xəstəliyi əksər hallarda yaşlı insanlarda kortəbii şəkildə yaranır. Belə ki, ABŞ-da 65 və daha yuxarı yaşda olan hər 9 nəfərdən 1-də bu xəstəlik var. Alzheimerin yeni təsvir edilən hallarını qeyri-adi edən isə elə budur. Alzheimer xəstəsi olan 38-55 yaşarası beş insanda simptomlar erkən başlayıb və tədqiqatçılar xəstəliyin erkən başlanğıc formalarına səbəb kimi mutasiyaların mövcudluğunu bildiriblər. Tədqiqatda iştirak edən insanların hamısı uşaq və ya yeniyetmə yaşlarında böyümə hormonu iynəsini qəbul ediblər.
“Böyümə hormonunun və ya radiasiya kimi digər tibbi prosedurların erkən Alzheimer və ya idrak problemlərinə təsir etməsi mümkün ola bilər, lakin qəti cavab heç vaxt olmaya də bilər”, - deyə Kondello bildirib.
Kollinq isə dəqiq qərar qəbul etmək üçün hələ çox araşdırma aparmaq gərəkliyini bildirib.