İQTİSADİYYAT
COP29-un sərgi iştirakçısı: Təşkilatçılıq yüksək səviyyədədir VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
COP29 tədbirində olduğumuz üçün çox həyəcanlıyıq. Çox uğurlu bir hadisədir, təşkilatçılıq yüksək səviyyədədir.
Bu barədə AZƏRTAC-a müsahibəsində COP29-un Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş “Pure Storage” şirkətinin regional vitse-prezidenti Omar Akar COP29-un Yaşıl Zonasındakı sərgi pavilyonunda deyib.
“Düşünürəm ki, davamlılıq bu gün bütün təşkilatlar üçün hər şeyin mərkəzində dayanır. Biz 2040-cı ilə qədər xalis sıfır emissiya təşəbbüslərinə nail olmaq öhdəliyi götürmüşük və müştərilərimizə bu davamlılığa nail olmaqda kömək etmək üçün portfelimizi qurmuşuq. Xüsusən də bu gün data mərkəzləri enerji istehlakı və məlumat saxlama üçün məkana ehtiyacı böyükdür. Biz bu gün, ilk növbədə Azərbaycana, eləcə də regionun bütün ölkələrinə öz məlumatlarını daha effektiv və səmərəli şəkildə idarə etməkdə kömək üçün buradayıq. Enerji istehlakını və CO2 emissiyasını azaltmaq və hədəf məqsədlərinə, dayanıqlılığa nail olmaq üçün onlara kömək etmək vacibdir", - deyə Omar Akar əlavə edib.