Cüdo üzrə ölkə birinciliyində ilk günün qalibləri müəyyənləşib
Bakı, 13 iyun, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-23 gənclər arasında Azərbaycan birinciliyində ilk günün qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində Rəşad Yelkiyev (60 kq) və İlkin Babazadə (66 kq) qızıl medal qazanıb. Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səkinə Zairova (57 kq), Günel Bəkirzadə (63 kq), Aidə Baxışova (70 kq), Mehriban İmanzadə (78 kq), Aytəkin Paşazadə (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, iki gün davam edəcək ölkə birinciliyində 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparır. Yarışın ilk günü isə 142 oğlan və 67 qız cüdoçu tatami üzərinə çıxıb.