Cüdoçularımız “Xəzəri Qoruyaq!” adlı ekoloji hərəkatda iştirak ediblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan yığmasının üzvləri və məşqçi heyəti Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyada iştirak ediblər.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, Bilgəh çimərliyində baş tutan tədbir ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşmasını təbliğ etmək məqsədi daşıyır.
Layihə Coca-Cola, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması, “Carlsberg Azerbaijan”, “PAŞA Bank”, “Bakcell”, “SOCAR” və “McDonald's” şirkətlərinin dəstəyi ilə baş tutub.