REGİONLAR
“Culfa” gömrük postunda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb


Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kiloqram 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Eyni zamanda, nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.