CƏMİYYƏT
Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA
Bakı, 4 yanvar, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Xaçmazda və Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 metr/saniyəyədək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.