Azərbaycan Dövlət İnformasiya Agentliyi

DANIŞIQLAR MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞDİR

İyunun 11-də Bakıda Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın müdafiə naziri Pavel Qraçov arasında danışıqlar olmuşdur. Günortaüstü təkbətək başlanmış danışıqlar bir saatdan sonra Rusiya hərbi ekspertlərinin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Valter Şoniyanın iştirakı ilə geniş tərkibdə davam etdirilmişdir. Danışıqlarda Azərbaycan tərəfdən Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov, Baş nazirin birinci müavini Fuad Quliyev, dövlət müşavirləri, respublikanın xarici işlər, qüvvə nazirliklərinin rəhbərləri iştirak etmişlər.

Əvvəlcə belə güman edilirdi ki, qonşu ölkənin hərbi idarəsinin başçısı Bakıya əsasən Ermənistan-Azərbaycan münaqişəsi zonasında sülh yaratmaq əməliyyatında Rusiyanın iştirakının mümkünlüyü məsələsini müzakirə etmək üçün gəlmişdir. Pavel Qraçov bunu inkar etməyərək jurnalistlərə demişdir ki, onun əsas vəzifələrindən biri atəşin dayandırılması və qoşunların aralandırılması haqqında mayın 17-də Ermənistanın və Rusiyanın imzaladıqları protokolu Azərbaycan tərəfinin imzalamağa razılıq verməsinin zəruriliyinə Heydər Əliyevi inandırmağa cəhd göstərməkdir. Moskva görüşünün əsas iştirakçılarından birinin - respublikanın müdafiə naziri Məmmədrəfi Məmmədovun dediyinə görə, Azərbaycan tərəfi bu məsələdə yenə əvvəlki mövqeyində qalır. Azərbaycan təkid edir ki, qoşunların aralandırılması ilə bir vaxtda Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini boşaltsın.

Heydər Əliyev bu görüşün mühümlüyünü qeyd edərək, iki qonşu dövlət arasındakı münasibətlərin dostluq xarakterini xüsusi vurğulamışdır. O demişdir ki, son vaxtlar bu münasibətləri müvəffəqiyyətlə inkişaf etdirmək və möhkəmləndirmək üçün az iş görülməmişdir. Bununla yanaşı, Heydər Əliyev belə hesab edir ki, əməkdaşlığı genişləndirmək üçün daha sıx, o cümlədən hərbi sahədə əlaqələr yaratmaq lazımdır. Bunu həm Rusiyanın, həm də Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsi tələb edir. Heydər Əliyev fürsətdən istifadə edərək, Pavel Qraçovu Rusiyanın milli bayramı - İstiqlaliyyət günü münasibətilə təbrik etmiş və Rusiya Prezidenti Boris Yeltsinə və Rusiya xalqına onun ən səmimi təbriklərini yetirməyi xahiş etmiş, xoşbəxtlik, firavanlıq və demokratik cəmiyyət quruculuğunda uğurlar arzulamışdır.

Rusiyanın müdafiə naziri də iki ölkə arasında çoxtərəfli əməkdaşlığın qaydaya salınmasına, onun daha yüksək səviyyəyə qaldırılmasına tərəfdar çıxmışdır. O demişdir ki, bu məsələdə Azərbaycan Rusiya tərəfindən tam anlaşma ilə qarşılaşacaqdır. Rusiya nazirinin dediyinə görə, onun Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır və eyni zamanda işgüzar səfərdir.

Rusiyanın müdafiə naziri uğurlu adlandırdığı danışıqların yekunlarını şərh edərkən jurnalistlərə demişdir ki, görüşdə əsas diqqət sırf hərbi xarakterli iki məsələyə yönəldilmişdir. Bunlardan birincisi Qəbələdə yerləşən və əvvəllər keçmiş SSRİ Silahlı Qüvvələrinə məxsus olan raket hücumundan xəbərdarlıq stansiyasının gələcəyinə aiddir. Pavel Qraçovun dediyinə görə, bu məsələdə Azərbaycan Prezidenti Heydər Əliyev də belə bir fikirdədir ki, Qəbələ radiolokasiya stansiyasının təkcə Rusiya və Azərbaycan üçün deyil, həm də MDB-nin digər ölkələri, bütün dünya dövlətləri üçün strateji əhəmiyyəti var. Pavel Qraçov bildirmişdir ki, obyektin istismarı barədə saziş imzalamaq üçün ekspertlərə tapşırılmışdır ki, bu məsələni tezliklə işləsinlər. Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Viktor Prudnikov vəziyyəti yerində öyrənmək üçün ekspertlər qrupu ilə birlikdə Qəbələdə olmuşdur.

Bundan əlavə, Rusiyanın nümayəndə heyəti Zaqafqaziyada vahid hava hücumundan müdafiə sistemi yaradılması haqqında təklifi Azərbaycan tərəfinin müzakirəsinə vermişdir. Bundan əvvəl həmin təklif Ermənistanda və Gürcüstanda aparılan danışıqlar zamanı, müzakirə edilmiş və həmin dövlətlər tərəfindən qəbul olunmuşdur. Rusiya müdafiə nazirinin dediyinə görə, Heydər Əliyev bu ideyanı müsbət qarşılamış, Azərbaycanın müdafiə nazirinə həmin məsələni öyrənməyi tapşırmışdır. Pavel Qraçov bu məsələnin müsbət həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir. O qeyd etmişdir ki, istənilən halda, hətta Azərbaycandan müsbət cavab alınmasa da, biz Rusiya, Ermənistan və Gürcüstanın iştirakı ilə Zaqafqaziyada vahid hava hücumundan müdafiə sistemi yaradacağıq.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsinə toxunarkən Pavel Qraçov demişdir ki, Heydər Əliyevlə təkbətək söhbətində o, yeni çox şey əxz etmişdir. Rusiya naziri qeyd etmişdir ki, Moskvaya qayıdanda Rusiya Prezidenti Boris Yeltsinə ətraflı məlumat verəcəkdir. Pavel Qraçovun dediyinə görə, o, Azərbaycan Prezidenti ilə söhbətindən özü üçün iki mühüm nəticə çıxarmışdır. Birincisi Azərbaycandakı daxili siyasi vəziyyətin münaqişəyə təsiri ilə bağlıdır. İkincisi isə ondan ibarətdir ki, problemin həllinə dair Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında hərtərəfli siyasi müqavilə imzalanmayınca atəşin və hərbi əməliyyatların dayandırılması haqqında hər hansı məhdud sazişin səmərəsi olmayacaqdır. Bununla əlaqədar o bildirmişdir ki, hazırda Xarici İşlər Nazirliyinin və başqa idarələrin xətti ilə belə bir sənəd üzərində iş gedir.

Pavel Qraçov demişdir ki, indi Azərbaycan və Ermənistan atəşin dayandırılması haqqında sazişə ümumən əməl edirlər. Lakin onda olan məlumata görə, tərəflərin hər biri qüvvələrini toplayır ki, bu da hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara bilər. Eyni zamanda nazir əmin etmişdir ki, vasitəçi kimi Rusiya münaqişə zonasında vəziyyətə nəzarət edir.

Pavel Qraçovun dediyinə görə, görüş zamanı Rusiyanın sülhməramlı qüvvələrinin regiona yeridilməsi haqqında məsələ müzakirə olunmamışdır.

Rusiyanın müdafiə naziri və onu müşayiət edən şəxslər elə həmin gün Moskvaya qayıtmışlar.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib