Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçirilib

Bakı, 16 may, AZƏRTAC

Daşkənddə Mərkəzi Asiya Beynəlxalq İnstitutu (MABİ) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” adlı beynəlxalq konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda Özbəkistanın dövlət qurumlarının nümayəndələri, tanınmış politoloqlar, elm, mədəniyyət və incəsənət xadimləri, institutun rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəl Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilib.

Tədbiri MABİ-nin direktoru Vladimir Norov açaraq Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri haqqında məlumat verib.

Direktor Heydər Əliyevin fəaliyyəti ilə bağlı tarixi hadisələr, Ulu Öndərin Özbəkistanla Azərbaycan arasında dostluq münasibətlərinin formalaşmasında və möhkəmlənməsindəki rolu haqqında söhbət açıb.

Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, müasir dövrdə dövlətçiliyin yaradılması və möhkəmləndirilməsi istiqamətindəki misilsiz fəaliyyətindən danışıb. B.Usmanov Heydər Əliyevi keçmiş SSRİ məkanında nadir siyasətçilərdən biri olduğunu da vurğulayıb. Nazir müavini Heydər Əliyevlə Şərəf Rəşidovun, Özbəkistan və Azərbaycan prezidentləri Şavkat Mirziyoyevlə İlham Əliyevin dostluğu, iki ölkə arasında konstruktiv dialoqun aparılması məsələlərindən bəhs edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması və müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi haqqında söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da məlumat verib.

Sonra çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov (onlayn) dünyaşöhrətli siyasətçi Heydər Əliyevin siyasi fəaliyyətindən söz açaraq, məhz onun ikinci dəfə hakimiyyətə gəldiyi dövrdən sonra 1996-cı ildən başlayaraq iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında Ümummilli Liderin xüsusi xidmətlərinin olduğunu vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan və özbək xalqlarının tarixi dostluğundan danışıb, hələ qədim dövrlərdən şairlərimizin yaradıcılıq əlaqələri olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin ömür yolu və fəaliyyəti haqqında söhbət açan komitə sədri deyib ki, böyük öndər Heydər Əliyev yalnız Azərbaycan sərhədlərinə sığan siyasətçi deyildi. Belə olmasaydı o, keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələ bilməzdi. Dünyaşöhrətli şəxsiyyət Heydər Əliyev faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri kimi nüfuz sahibi idi.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətindən söz açaraq, onun daim qardaş Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-in rəhbərliyində olarkən Özbəkistan SSR-in rəhbəri olmuş Şərəf Rəşidovla sıx dostluq əlaqələrindən söz açan S.Abbasov Ulu Öndərin ən çətin vaxtlarda belə özbək xalqının yanında olduğunu qeyd edib. Heydər Əliyevin Müstəqillik illərində də Özbəkistana mühüm önəm verdiyini qeyd edən Samir Abbasov banisi Ulu Öndər olan Azərbaycan-Özbəkistan dostluğunun, əməkdaşlığının bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, günümüzdə iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə qalxdığını vurğulayıb.

Azərbaycan Milli Məclisinin deputatı Müşfiq Cəfərov deyib ki, Heydər Əliyev qüdrətli dövlət qurmaq və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərini müəyyənləşdirib. Ümummilli Lider qısa müddətdə dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrin milli maraqlara uyğunlaşdırılması istiqamətində uzaqgörən addımlar atıb.

Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin Ümummilli Lider Heydər Əliyevlə bağlı fəaliyyətindən söz açaraq “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi silsilə tədbirlərdən, təşkil etdiyi konfrans, dostluq konsertlərindən, nəşrlər və digər layihələrdən söz açaraq il ərzində qeyd olunan tədbirlərin mütəmadi təşkil olunacağını vurğulayıb.

İnstitut direktorunun birinci müavini Ravşan Abdullaxanov, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, professor Babaxan Şərif, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsindəki Nizami Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komissiyasının eksperti Əkbər Qoşalı, MABİ-nin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azər Adıgözəlov və başqaları böyük siyasətçi Heydər Əliyevin fenomen bir şəxsiyyət olduğunu, onun təkcə Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub