Azərbaycan Dövlət İnformasiya Agentliyi

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Martın 29-da Daxili İşlər Nazirliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanununa əsasən bu sahədəki vəziyyət və “Ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələrinin açılması sahəsində görülən işlərin vəziyyəti” haqqında məsələlərin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirmişdir ki, ötən il Azərbaycan cəmiyyətinin bütün sahələrində geniş quruculuq işləri davam etmiş, ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmlənmiş, əhalinin sosial rifah halı xeyli yaxşılaşmışdır. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf, ulu öndərin daxili və xarici siyasət xətti onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının daxili işlər orqanlarına qayğısı, tələbkarlığı sayəsində ümumilikdə respublika ərazisində cinayətkarlıqla mübarizə uğurla təmin edilir, şəxsi heyətin sosial müdafiəsi gücləndirilir, əməkdaşlar arasında nizam-intizam ilbəil möhkəmlənir. Ölkə Prezidentinin gündəlik tələbkarlığı və qayğısı şəxsi heyəti daha məsuliyyətli olmağa, tapşırılan vəzifələrə daha ciddi yanaşmağa sövq etmişdir.

Ramil Usubov demişdir ki, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, cinayətlərin açılması və axtarışda olanların tutulması sahəsində ötən illər əldə edilmiş müsbət meyillər qorunub-saxlanılmış, sabitliyin dönməzliyi, əmin-amanlığın nümunəvi qorunması təmin edilmişdir. Nazir narkomaniya ilə mübarizənin və ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələrinin daim DİN rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirmişdir. Eyni zamanda, son illər yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayının nisbətən artmasının narahatlıq doğurduğunu, qəza hadisələrinin açılmasının ərazi polis orqanlarında istənilən səviyyədə təşkil olunmadığını vurğulamışdır.

Sonra Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Həzi Aslanov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının yeni Qanununa əsasən bu sahədə görülən işlərin vəziyyəti haqqında məruzə etmişdir.

O bildirmişdir ki, ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha məqsədyönlü və səmərəli olmuş, əsas diqqət narkotik vasitələrin külli miqdarda satışının aşkarlanmasına yönəldilmişdir. 2005-ci ildə bu qəbildən 244 cinayət faktı aşkar edilmiş, onları törətmiş 146 nəfər, o cümlədən 16 əcnəbi cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ötən il ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 245 kiloqram narkotik vasitə, o cümlədən 34,6 kiloqram tiryək, 150 kiloqram marixuana, 13,3 kiloqram heroin, 38, 4 kiloqram həşiş götürülmüşdür. Narkotiklərin satışı ilə bağlı 742 fakt aşkar edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 68 fakt (10,1 faiz) çox olmuşdur. Narkotik tərkibli bitkilərin əkilib-becərilməsinə qarşı həyata keçirilən “Xaşxaş-2005” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktika tədbirləri nəticəsində 512,7 ton narkotik xassəli bitki aşkarlanaraq məhv edilmişdir. Bu, 2004-cü illə müqayisədə 111,1 ton çoxdur. Məhv edilmiş yaşıl kütlənin 306 tonu, il ərzində müsadirə edilmiş narkotik vasitələrin isə 99,7 kiloqramı bilavasitə baş idarə və onun regional şöbələri tərəfindən aşkar olunmuşdur.

Ölümlə nəticələnən bağlı qalmış yol-nəqliyyat hadisələrinin açılması sahəsində görülən işlər barədə Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, general-mayor Sərvər Mehrəliyev və Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Müzəffər Novruzəliyev çıxış etmişlər.

Qeyd olunmuşdur ki, həyata keçirilmiş tədbirlər nəticəsində ötən il respublika üzrə qeydə alınmış ölümlə nəticələnən 726 yol-nəqliyyat hadisəsindən 634-nün açılması təmin edilmiş, həmin hadisələrə görə 600 nəfər müəyyən olunaraq, onlardan 409-u cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu hadisələr nəticəsində 938 nəfər, o cümlədən 212 qadın və 70 yetkinlik yaşına çatmayan həlak olmuş, 453 nəfər xəsarət almışdır. Təhlil göstərmişdir ki, hadisələrin yarısı sürücülər tərəfindən sürət həddinin aşılması səbəbindən baş vermiş, ölümlə nəticələnən qəza hadisələrinin qarşısının alınması işi Bakıda, habelə respublikanın bəzi şəhər və rayonlarında lazımi səviyyədə təşkil edilməmişdir.

Müzakirələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, dövlət yol polisi alayının komandiri, polkovnik-leytenant Balakişi Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik Şahmar Paşayev, Bakı Şəhər Baş Polis İdarəsi İstintaq İdarəsinin rəisi polkovnik Yaşar Haqverdiyev, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polkovnik-leytenant Natiq Nağıyev və başqaları çıxış edərək, hər iki məsələ üzrə görülən işlərdən, xidməti fəaliyyətdə buraxılmış nöqsanlardan danışmışlr.

Kollegiya iclasına yekun vuran general-polkovnik Ramil Usubov bir daha gündəlikdəki məsələlərin aktuallığını vurğulamış, Narkotiklərlə Mübarizə Baş İdarəsində və onun regional şöbələrində narkomaniyaya qarşı mübarizə sahəsində canlanma yarandığını, xüsusən bu qurumların ölkədə böyük ictimai rezonans doğurmuş bir sıra ağır cinayətlərin açılmasındakı rolunu müsbət qiymətləndirmiş, baş idarədə idarəçilik baxımından iş üslubunun yeni dövrün tələblərinə uyğun qurulmasını, yerlərdəki müvafiq xidmət əməkdaşlarına nəzarətin gücləndirlməsini, onların fəaliyyətinin düzgün istiqamətləndirilməsini xüsusi qeyd etmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmininin polisin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu deyən DİN rəhbəri ötən il qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,4 faizinin məhz sürücülər tərəfindən sürət rejiminə əməl olunmaması səbəbindən baş verdiyini, ona görə də nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasına qarşı profilaktiki işin gücləndirilməsinin zəruriliyini vurğulamış, bu məqsədlə fevralın 10-dan martın 10-dək respublika ərazisində “Yüksək sürət təhlükə törədir” adı altında təhlükəsizlik aylığının keçirildiyini xatırlatmışdır. Nazir cari ilin yanvar ayı ilə müqayisədə həmin tədbirin keçirildiyi müddətdə yol-nəqliyyat hadisələrinin 36 faiz, qəzalar nəticəsində həlak olanların sayının 54 faiz, yaralananların sayının isə 16 faiz azaldığını, aylığın uğurla həyata keçirilməsində Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, bəzi ərazi polis orqanlarının müsbət fəaliyyətini qeyd etmişdir. Eyni zamanda, tələb etmişdir ki, ərazi polis orqanlarının rəhbərləri belə tədbirlərin yerlərdə də keçirilməsindən ötrü təşəbbüs göstərməli, təkcə nazirliyin rəhbərliyi səviyyəsində həyata keçirilən tədbirlərlə kifayətlənməməlidirlər.

Bağlı qalmış yol-nəqliyyat hadisələrinin açılmasında istintaq aparatı əməkdaşlarının xüsusi rolunu qeyd edən general-polkovnik Ramil Usubov bəzi müstəntiqlərin bağlı qalmış yol-nəqliyyat hadisələrinin açılmasına nəinki kömək göstərmədiklərini, onların hadisə yerinə vaxtında çıxmamalarını, hadisə yerlərini keyfiyyətsiz, səthi şəkildə müayinə etdiklərini, digər xidmət əməkdaşları ilə qarşılıqlı əlaqələri qura bilmədiklərini və belə mənfi hallardan narazı qalan vətəndaşların yüksək instansiyalara şikayət xarakterli müraciətlər göndərdiklərini demişdir. Nazir ölkə Prezidentinin vətəndaşların ərizə və şikayətlərinə xüsusi diqqətlə yanaşmağı, onlara vaxtında baxılmasını bütün dövlət, icra qurumlarının rəhbərlərindən tələb etdiyini, bunun hər bir vəzifəli şəxs, o cümlədən ərazi polis orqanlarının rəhbərləri, müstəntiqlər üçün bir rəhbər göstəriş olduğunu, bu işdə təqsirkar əməkdaşların gələcəkdə də ciddi şəkildə cəzalandırılacağını bildirmişdir.

Daha sonra nazir kollegiya iştrakçılarının diqqətini DİN rəhbərliyini narahat edən bəzi məsələlərə yönəltmiş, bir sıra konkret tapşırıq və tövsiyələrini vermişdir. Prezidentimizin bütövlükdə daxili işlər orqanlarına, Daxili Qoşunlara, onların maddi-texniki bazasının və sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə daim qayğı göstərdiyini vurğulayan nazir bu məqsədlə dövlət başçısının tapşırığına əsasən yaxın gələcəkdə büdcədən xüsusi vəsait ayrılacağını, bunun yeni texniki vasitələr alınaraq daxili işlər orqanlarının istifadəsinə veriləcəyini, şəxsi heyətin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün yeni yaşayış binalarının, habelə müasir tələblərə cavab verən inzibati binaların tikiləcəyini, digər sosialyönümlü tədbirlərin həyata keçiriləcəyini xüsusi vurğulamışdır. Daxili işlər naziri Prezident İlham Əliyevin cinayətkarlıqla uğurlu mübarizənin, sabitliyin, əmin-amanlığın olmadığı yerdə heç bir iqtisadi yüksəlişdən, tərəqqidən söhbət belə gedə bilməyəcəyi barədə dəfələrlə səsləndirdiyi məlum fikri bir daha vurğulayaraq əmin olduğunu bildirmişdir ki, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanan, dövlətə, dövlətçiliyə və xalqa sədaqətlə xidmət edən daxili işlər orqanlarının şəxsi heyəti dövlətimizin başçısının qarşıya qoyduğu bütün tələb və tapşırıqları bundan sonra da yüksək məsuliyyətlə, layiqincə yerinə yetirəcək, bütövlükdə cari ili daha yaxşı nəticələrlə başa vuracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri