Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmir istehsalı zənciri üzrə layihələndirmə işləri uğurla davam etdirilir

Bakı, 26 yanvar, AZƏRTAC

“AzerGold” QSC-nin törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən” dəmir filizi sahəsinin istismarına hazırlıq işləri uğurla davam etdirilir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, 1860-1870-ci illərdə kəşf olunan Cənubi Qafqazın ən böyük qara metal filizi yataqları kompleksində hasilat işlərinə SSRİ dövründə başlanılıb. Bu məqsədlə 1945-ci ildə Daşkəsən Filiz İdarəsi yaradılıb. Layihəyə uyğun olaraq 1954-cü ildən istehsal edilən dəmir konsentratı dəmir yolu vasitəsilə Gürcüstanın Rustavi şəhərində yerləşən polad istehsalı müəssisəsinə çatdırılırdı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra vaxtilə ittifaq respublikaları arasında formalaşdırılmış istehsal zənciri qopduğu üçün dəmir filizinin hasilatında da fasilələr yaranıb. 1994-cü ildən 2017-ci ilədək sahədə istismar işləri qismən aparılıb.

“Daşkəsən” dəmir filizi yataqlarının istismarında yeni mərhələ

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə əlaqədar işlər “AzerGold” QSC-yə həvalə edilib. Layihə ilə əlaqədar törəmə şirkət qismində təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən istismara hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə ilkin mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə mineral ehtiyatların qiymətləndirilməsi üçün tədqiqatlar aparılıb. Nəticədə hər iki yataq üzrə yerin təkində olan resurslarda 69.7 milyon ton artım əldə edilib. Bununla, Daşkəsən dəmir filizi sahəsində bütün yataqlar üzrə filiz ehtiyatlarının ümumi kütləsi 309.16 milyon tona çatdırılıb. Sözügedən yataqlar üzrə hazırlanan 21 illik istismar planına uyğun olaraq 2022-ci ilin iyun ayında “Cənub-şərq” mədənində üstaçma və hasilat işlərinə başlanılıb. Ötən dövr ərzində Cənub-şərq mədəni üzrə 6.5 milyon ton üstaçma işi görülüb, 1.8 milyon ton filiz ehtiyatının toplanmasına nail olunub. Bununla belə, “Cənub-şərq” və “Şimal-qərb” mədənlərində iqtisadi səmərə ilə çıxarılabilən mineral ehtiyatların yenidən artımına və istismar müddətinin 23-27 ilə çatdırılmasına nail olmaq üçün müvafiq təhlillər aparılır. Bu məqsədlə həyata keçirilmiş buruqqazma işləri nəticəsində əldə edilmiş nümunələrin geokimyəvi analizi icra edilib. Növbəti addım olaraq artıma nail olmaq məqsədilə mineral ehtiyatların həcminin yenidən qiymətləndirilməsi və mədənlər üzrə yeni istismar planının hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulur.

Yeni istehsal zəncirinin qurulması

Sözügedən mədənlərin iqtisadi səmərəli və dayanıqlı istismarının təmin edilməsi məqsədilə layihə üzrə icra strategiyanın hazırlanması beynəlxalq təcrübəli və nüfuzlu məsləhətçi “Boston Consulting Group” şirkəti tərəfindən həyata keçirilib. Aparılmış təhlillər layihə çərçivəsində mərhələli istehsal prosesinin qurulmasını optimal həll yolu olaraq müəyyən edib. Qeyd edilən həll yolu çərçivəsində son məhsul olaraq dəmir filizindən polad sənayesində istifadə olunan

yüksək keyfiyyətli - 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı qərara alınıb.

Qeyd edək ki, “Daşkəsən” dəmir filizi yataqlarında filizli süxurlarının tərkibindəki dəmirin nisbətən aşağı olması (ortalama 40%) bu filizlərin zənginləşdirilərək minimum 67%-ə çatdırılmasını zəruri edir. Bu məqsədlə istehsal zəncirinin ilkin mərhələsi olaraq dəmir konsentratının istehsalı məqsədilə Zənginləşdirmə zavodunun inşası nəzərdə tutulub. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu - Pellet zavodu qurulacaq. Daha sonra aralıq məhsul olan pellet 95% dəmir tərkibli HBI məhsulunun istehsalı üçün HBI zavoduna yönəldiləcək. Layihə çərçivəsində Zənginləşdirmə zavodunun Daşkəsəndə, SSRİ dövründə mədən yaxınlığında qurulmuş, hazırda istehsal üçün yararsız olan Filizsaflaşdırma kombinatının ərazisində inşası nəzərdə tutulub. Dağlıq relyefə malik rayonda Pellet və HBI zavodlarının qurulması üçün uyğun ərazinin olmaması, həmçinin yaşayış sahələrindən kənarda müəssisənin fəaliyyəti üçün zəruri enerji mənbələri (elektrik, qaz), son məhsulun polad istehsalçılarına çatdırılması üçün logistik imkanların məhdud olması bu 2 zavodun ətraf ərazilərdə qurulmasını labüd edib. Nəticədə Pellet və HBI zavodlarının Göygöl rayonunda inşasına qərar verilib. Ötən dövrlərdə “Daşkəsən” yataqlarında istehsal edilən konsentrat növbəti təyinat məntəqəsinə kanat və dəmir yolu vasitəsilə nəql edilsə də, müasir dövrdə iqtisadi və ekoloji baxımından bu metod bir o qədər səmərəli hesab edilmir. Bu səbəbdən Zənginləşdirmə və Pellet zavodları arasında 45 kilometr məsafədə yükdaşıma əlaqəsinin Şlam boru xətti vasitəsilə aparılması nəzərdə tutulub. Beləliklə, layihəyə uyğun olaraq, qarşıdakı dövrdə istehsal zəncirinin formalaşdırılması ilə illik 3-3.2 milyon ton filiz hasilatı, bu filizdən 1.3 milyon ton konsentrat və pellet və nəhayət son məhsul olaraq ~0.9 milyon ton HBI xammalının istehsalı və satışı nəzərdə tutulub.

Hazırda layihə çərçivəsində yüksək keyfiyyətli dəmir xammalının istehsalı prosesinin laboratoriya şəraitində sınaqlaşdırılması uğurla həyata keçirilib. Sınaqlar nəticəsində 67% dəmir tərkibli konsentratın, daha sonra konsentratdan pellet məhsulunun istehsal edilməsinə nail olunub, növbəti mərhələ üzrə sınaq işləri davam etdirilir.

Müasir ekoloji tələblərə uyğun texnologiyanın tətbiqi

Zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. HBI texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə də “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq.

Layihəyə xarici investorun cəlb edilməsi

“Boston Consulting Group” şirkətinin hesablamalarına görə, layihənin investisiya dəyəri 1.7 milyard manat qiymətləndirilib. Dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir. Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda “AzerGold” QSC tərəfindən layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir