Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan Prezidentinin müsahibəsi ciddi mesajlar qaynağıdır

Deputat: Azərbaycan Prezidentinin müsahibəsi ciddi mesajlar qaynağıdır

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə kifayət qədər ciddi mesajların qaynağıdır. Hərçənd ölkə başçısının son illər bütün müsahibə və çıxışlarının məzmunu dəyişmir. Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış, dünya nizamının qorunması və prioritetə çevrilməsi amili, Ermənistanın və ona havadarlıq edən ölkələrin işğalçı əməl və niyyətlərinin layiqincə ifşası, Türkiyə-Azərbaycan qardaşlığı, Azərbaycanın iqtisadi artımının dəyərləndirilməsi, COP29-la bağlı ölkəmizin sərgilədiyi uğur hekayəti, Qarabağın bərpası və orada məskunlaşma işlərinin davam etməsi, Qərbi Azərbaycana qayıdış amilinin hüquqi baxımdan əsaslandırılması və gündəlikdə saxlanması.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. Onun sözlərinə görə, Azərbaycanın dünya arenasında artan nüfuzu, öz suverenliyini bərpa etməsi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olması, müstəqil siyasət yürütməsi həm ölkəmizin, həm də bütün Türk Dövlətləri Təşkilatının, müsəlman ölkələrinin dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsinin nəticəsidir. Coğrafiya və imkanlarımız amilinə toxunarkən İlham Əliyev, hər şeydən əvvəl, vahid mənəvi məkanı nəzərdə tutur. Bütün türklər və müsəlmanlar üçün sabit, monolit, dəyişməz mənəvi Vətən amilini önə çəkir. Bu Vətənin ərazisi vahid İslam, vahid türk mədəniyyəti, dili və mənəviyyatıdır. İlham Əliyev müsahibəsində növbəti dəfə maskaları yırtır, ikili standartlar yürüdən dövlətləri, təşkilatları öz adı ilə çağırır: ATƏT-in Minsk qrupu, Avropa Komissiyası və onun prezidenti, Fransa prezidenti, Ermənistan rəhbərliyi və onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələr, xarici ölkələrin nümayəndələri, İkinci Qarabağ müharibəsi zamanı Ermənistana yanacaq daşıyan yük maşınları göndərən əvvəlki İran hökuməti, haqq savaşımız dönəmində düşmən ölkəyə dəstək verən keçmiş Suriya hakimiyyəti, müstəmləkəçilik siyasəti yürüdən dövlətlər və s.

Azərbaycana qarşı separatçı maksimalizmə İlham Əliyev məsələnin təkcə qoyuluşunda deyil, həm də həll üsulunda fərqli davranış nümayiş etdirir: “Ermənistanda gedən silahlanma prosesi, əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək”.

Deputat vurğulayıb ki, məsələ, ilk növbədə, problemə fəlsəfi-nəzəri baxışın vüsət və dərinliyindədir. Prosesləri tarixiliyindən çağdaşlığına qədər bütün parametrləri ilə bilən və buna görə doğru analizlər yürütməyi bacaran ölkə başçısının Azərbaycanın taleyinin keşiyində ayıq-sayıq dayanmasının göstəricisidir bu əzm. Prezident İlham Əliyev hər çıxış və müsahibəsində 44 günlük müharibənin və bir gün davam edən antiterror tədbirlərinin nəticələrini xatırlatmağa məcbur olur. Düşməni baş verənləri unutmamağa, ayılmağa, olanlardan dərs götürməyə, növbəti qan tökmək cəhdlərinin qarşısını almağa dəvət edir. Doğrudan da, tarix hər dəfə ona görə təkrar olunur ki, ondan dərs götürülmür. Yaddaş əxlaqa çevrilməyəndə hər şey yenidən başlanmalı olur. Ermənistan hökumətinin şovinist siyasəti bunun bariz nümunəsidir. İlham Əliyev erməni şovinizminin strateji havadarlarına da, onların iki əsrdən artıq müddətdə davam edən milli-siyasi proqramlarının qlobal motivlərini cani dildən icra edən, həm fiziki, həm də mənəvi terroru həyata keçirən rəhbərlərinə də növbəti mesajı ötürməkdən usanmır: “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

“Cavab da, şərh də şahanədir. Ona görə şahanədir ki, bu cavabda həm məkr, riyakarlıq və işğalçı siyasətində möhür vurmağı bacaran düşmənin ənənəvi obrazı, həm də ona qarşı müqavimətdə bizim gücümüz görünür. İlham Əliyev düşməni heç olmasa bu dəfə tarixdən dərs almağa, olanlardan ibrət götürməyə çağırır”, - deyə deputat əlavə edib.

Qərbi Azərbaycana qayıdışın Prezident İlham Əliyevin son müsahibəsində yenə ətraflı şəkildə gündəmə gətirildiyini vurğulayan E.Akimova bildirib: “Ölkə başçısının Ermənistan rəhbərliyini həqiqət və vicdan duyğusuna dəvət etməsinin – “ondan beynəlxalq hüquqa uyğun mövqe” gözləməsinin əsasında da elə bu amil - öz həqiqətimizin mütləqliyinə inam dayanır. Bu gün Azərbaycanın siyasi həyatında mühüm bir mərhələ başlayıb. Bu, yeni tariximizin Qərbi Azərbaycan mərhələsidir. İlham Əliyev yeni tariximizin Qərbi Azərbaycan mərhələsini də uğurla sonlandıracağına ümidlidir. Biz də buna əminik. Bu əminliyi bizdə yaradan “Qarabağ Azərbaycandır!” həqiqətini bütün dünyaya bəyan etməyi bacaran, Qarabağ adlı əsərin yarımçıq qalmış səhifələrini uğurla tamamlayan ölkə başçısının vüqarıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir