Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır

Deputat: Diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan diasporunun yaradıcısı və diaspor fəaliyyətinin banisi ümummilli lider Heydər Əliyevdir. Azərbaycanlılar tarixən dünyanın müxtəlif ölkələrinə səpələniblər. Bu, təbii haldır. Amma dünyanın harasında olmasından asılı olmayaraq, hər bir xalq öz milli kimliyini, dilini və doğma vətənini unutmamalıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı onun daima bağlı olduğu bir Vətəninin olduğunu unutmamalıdır. Çünki Vətən dünyanın harasında yaşamasından asılı olmayaraq, öz soydaşlarını heç vaxt unutmur, yaşadıqları ölkədə hər hansı bir xoşagəlməz hal baş verdikdə dövlətimiz dərhal orda yaşayan soydaşlarımızın taleyini düşünür və onların təxliyə olunması ilə bağlı tədbirlər görür. Eynilə soydaşlarımız da öz vətənini heç vaxt unutmamalı, azərbaycanlı olaraq yaşadıqları ölkələrdə o ölkənin qanunlarına riayət etməli və layiqli vətəndaş kimi yaşamalı, həm də öz ölkəsini unutmamalı və yüksək səviyyədə təmsil etməlidirlər. Ona görə də ümummilli lider Heydər Əliyev 2001-ci ildə keçirilən Dünya Azərbaycanlıların I Qurultayında etdiyi çıxışda dünya azərbaycanlılarına səslənərək demişdi: “Bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, uzun illər formalaşmış və Azərbaycana qarşı təşkilatlanaraq fəaliyyət göstərən erməni lobbisi torpaqlarımızı işğal etməsinə və bizə qarşı soyqırımları törətməsinə baxmayaraq özlərini məzlum və əzilmiş xalq kimi təqdim edərək dünya ictimaiyyətini özlərinin yalanlarına inandıra bilib. Azərbaycan diasporunun qarşısında dayanan əsas məsələlərdən biri və birincisi erməni yalanlarını ifşa etmək və əli azərbaycanlıların qanına batmış ermənilərin vəhşi bir qəbilə olduğunu dünyaya çatdırmaq idi. Məhz Dünya Azərbaycanlıların I Qurultayında ümummilli lider Heydər Əliyevin dünyada yaşayan azərbaycanlılara çağırış etməsi və diaspor fəaliyyətinin təşkili üçün tövsiyələrini verilməsi dünyada yaşayan azərbaycanlıların təşkilatlanması və planlı şəkildə fəaliyyətlərinin təqdim edilməsi baxımından çox vacib oldu. Qurultayda Heydər Əliyev dünya azərbaycanlılarına çağırış edərək qeyd etdi: “Hamımız çox iş görməliyik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər, iqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkənin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər”.

2002-ci ildə Ulu Öndərin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması dünyada yaşayan soydaşlarımızın bir mərkəzdən planlı şəkildə diaspor fəaliyyətlərini göstərməsinə yol açdı.

Deputatın sözlərinə görə, Azərbaycan diasporunun qarşısında çox ciddi vəzifələr dayanırdı. Dövlətimizin və xalqımızın qarşısında torpaqlarımızı erməni işğalından azad etmək kimi tarixi missiya var idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti günü-gündən güclənir, Ordu yenidən qurulur və müasirləşdirilirdi. Azərbaycan dünya birliyinə daha sürətlə inteqrasiya olunmağa, dünya ölkələri Azərbaycanın mövqeyi ilə hesablaşmağa və hörmətlə yanaşmağa başlayırdı. Dünyaya Azərbaycanın həqiqətlərinin çatdırılması kimi bir missiya da diasporumuzun üzərinə düşürdü. Ona görə də Prezident İlham Əliyev diaspor ilə bağlı çıxışında qeyd etmişdi: “Nəinki Dağlıq Qarabağ, İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar tarixi torpaqlarımızdır. Bu həqiqətlər çatdırılmalıdır. Ona görə bu istiqamət diaspor təşkilatları üçün əsas olmalıdır”.

“Diasporumuz Leyla Əliyevanın rəhbərliyi ilə dünyada aparılan “Xocalıya ədalət!” kompaniyasına qoşularaq müxtəlif ölkələrdə geniş aksiyalar və tədbirlər keçirdi. Diasporumuzun nümayəndələri Vətən müharibəsi dövründə də, - şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdiyi kimi, - 44 günün hər bir günündə dünya ölkələrində küçələrə Azərbaycanın üçrəngli bayraqları ilə çıxaraq haqq işimizi gördüyümüzü dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya müharibəsində qalib gəlməyimizdə yaxından iştirak etdilər.

Beləliklə diasporumuz bu gün daha da çox təşkilatlanıb və Azərbaycanın maraqlarını dünyada müdafiə edən lobbiçilik fəaliyyətini ortaya qoya bilib. Diaspor nümayəndələrimizin qarşısında daha böyük vəzifələr dayanır. Təbii ki, bu vəzifələr 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallığa uyğun olaraq bu gün Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında dövlətimizin başçısı İlham Əliyev tərəfindən səsləndirildi. Dünyada yaşayan hər bir soydaşımız ölkəmizin səfiridir və düşünürəm ki, bundan sonra da bütün azərbaycanlılar Azərbaycanı dünyada daha yaxşı təmsil edəcəklər”, - deyə Azər Badamov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb