Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diasporumuzun təşkilatlanmasına, birlik və həmrəyliyə aparan tarixi yol

Diasporumuzun təşkilatlanmasına, birlik və həmrəyliyə aparan tarixi yol

Xaricdə yaşayan soydaşlarımız Azərbaycan dövlətçiliyi və milli maraqlar ətrafında getdikcə daha sıx birləşirlər

Bakı, 18 aprel, Hikmət Əhmədov, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atılıb. Bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edir, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoyur. Eyni zamanda, Vətən hər birimizin güvənc yeri, qürur mənbəyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır.

AZƏRTAC Azərbaycan diasporunun təşkilatlanmasına, birlik və həmrəyliyə aparan tarixi yola nəzər salır.

Milli diaspor hərəkatının inkişafı istiqamətində atılan önəmli addımlar

Bu gün müasir dünyanın çağırışları yeni diaspor strategiyasını zəruri etdiyindən 2018-ci ildə işlənib hazırlanan yeni “Strateji Yol Xəritəsi”nin icrası istiqamətində mühüm addımlar atılır.

Yeni strategiyaya uyğun olaraq ilk növbədə diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəsmi internet saytı yeni tərtibatda, üç dildə fəaliyyət göstərir, müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə diqqət artırılır, xaricdəki azərbaycanlı uşaqlar üçün onlayn Azərbaycan dili dərsləri təşkil edilir.

“Azərbaycan alimləri diasporu” informasiya sistemində 500-dən çox azərbaycanlı alim haqqında informasiya yerləşdirilib, eyni zamanda, xaricdəki azərbaycanlıların bioqrafiya bankı - “www.azerbaycan.li” internet ünvanı qurulub. İlk dəfə olaraq Azərbaycan diasporunun infoqrafik xəritəsi (www.diasporamap.com) yaradılıb, burada 50 ölkədən 570 təşkilat haqqında informasiya yerləşdirilib. Həmçinin xaricdə ölkəmizin təbliğatını və sosial mediada işini gücləndirmək məqsədilə diaspor təşkilatlarına informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək həyata keçirilir.

Diasporumuzun akademik səviyyəyə qaldırılması məqsədilə əsasən alimlər, iş adamları, yaşadıqları cəmiyyətin mədəniyyətinə, incəsənətinə töhfə vermiş soydaşlarımızla əməkdaşlığın qurulmasına və genişləndirilməsinə üstünlük verilir, xüsusən gənclərlə aparılan ideoloji fəaliyyət gücləndirilir. Belə ki, 2018 və 2019-cu illərdə 54 ölkədən 265 gəncin iştirakı ilə yay düşərgələri təşkil olunub. “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsi formalaşdırılıb və 2019-cu ildə Brüsseldə Qış Məktəbi keçirilib. “Liderliyin inkişafı proqramı”, “Beyin qazanma” layihələri çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı gənc soydaşlarımızın ölkəmizə səfəri təşkil olunub, dövlət qurumlarında, təhsil ocaqlarında görüşləri keçirilib. İşğaldan azad olunmuş bölgələrdə erməni vandalizmini öz gözləri ilə görmələri üçün "Diaspor Gəncləri 1+1" layihəsi çərçivəsində 9 fərqli ölkədən 18 iştirakçının (9-u əcnəbi olmaqla) Azərbaycana səfəri təşkil olunub. Bu ilin martında Köln şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin I forumu baş tutub. Forumda Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 150-dən çox elm xadimi və həkim iştirak edib. Həmçinin Türkiyədə çalışan və tibb təhsili alan azərbaycanlı həkimlərin 2019-cu ildə Ankara forumu keçirilib.

Dövlətimizin diaspor siyasətinin həyata keçirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinə və soydaşlarımıza müxtəlif sahələrdə dəstək göstərilməsi məqsədilə DİDK Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə digər xalqların diasporunu da cəlb etmək məqsədilə Türkiyə, Rumıniya, Qazaxıstanın müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb.

Diaspor fəaliyyəti istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlar dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirib. “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı qanun qəbul edilib. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” Nazirlər Kabinetinin 2020-ci il 4 oktyabr tarixli qərarı ilə təsdiqlənib. Hazırda “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi işlənilir. Layihə digər dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Ulu öndər Heydər Əliyevin diaspor quruculuğunda xidmətləri

Ulu öndər Heydər Əliyev "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" 2001-ci il 23 may tarixli Sərəncamı ilə milli diaspor quruculuğunun təməlini qoydu. Tarixi əhəmiyyətə malik bu Sərəncama əsasən həmin il noyabr ayının 9-10-da Bakı şəhərində dünya azərbaycanlılarının ilk qurultayı keçirildi. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirildi. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından dönüş nöqtəsi oldu, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə, 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Onların arasında ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətlərin təmsilçiləri var idi.

Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı dillər əzbəri oldu.

2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.

Ulu öndər Heydər Əliyevin diaspor quruculuğunda xidmətlərindən biri də xaricə səfərləri zamanı həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlər keçirməsi, onların problem və qayğıları ilə yaxından maraqlanması, tövsiyələrini verməsi olub. Bu görüşlər və müzakirələr diasporumuzun güclənməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Azərbaycan diasporunun inkişafında, birlik və həmrəylik yolunda yeni mərhələ

Azərbaycan diasporu bu gün öz inkişafının birlik və həmrəyliyinin yeni, ən yüksək mərhələsini yaşayır. Bu, ilk növbədə, Ulu Öndərimizin diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi sayəsində mümkün olub. Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış Sərəncama uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu.

Bir il sonra - 2007-ci il martın 9-da Bakı daha bir mühüm tədbirə - Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumuna ev sahibliyi etdi. Bu Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. Həmin il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi.

Beləliklə, dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoydu. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində yüksək fəallıq göstərir, eyni zamanda, təcavüzkar erməni dairələrinin siyasi, ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Ötən dövrdə diasporumuzun gənc üzvləri ilə də geniş iş aparılıb, onların diaspor hərəkatına yaxından cəlb olunması üçün təsirli tədbirlər görülüb. Bu sırada 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq keçirilən bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım olub.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları Bakıya gəldilər. 42 ölkədən 1272 nümayəndənin, 579 təmsilçinin və 211 qonağın iştirak etdiyi qurultayda qəbul olunan bir sıra qərarlar diasporumuzun möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsi işinə öz töhfəsini verdi.

Dünya Azərbaycanlılarının 2016-cı il iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən sonuncu - IV Qurultayının qonaqları arasında Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Bu, tədbirə xüsusi ahəng verməklə onun təsir qüvvəsini daha da artırmış oldu.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən və bu sahədə diaspor təşkilatlarının üzərinə düşən vəzifələrdən danışaraq deyib: “Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməlidir. Biz dövlət olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük. Müstəqilliyimizin ilk illərində zəif olmağımızdan istifadə edən erməni diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya aparır”.

Dövlətimizin başçısının bu səpkidən olan mütəmadi müraciətləri Azərbaycan diasporunun üzvlərini daha çox fəallıq göstərməyə, düşmənlə informasiya savaşında mübariz olmağa ruhlandırıb. İndi ölkəmiz öz tarixinin ən güclü, ən şərəfli dövrünü yaşayır. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşamasından asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər hər birimizin düşüncəsinə hakim kəsilməlidir. Dinamik inkişaf edən Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz də öz növbəsində azərbaycançılıq amalı ətrafında daha sıx birləşir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən yaradılan Azərbaycan Diasporuna Dəstək Fondu diaspor ənənələrimizin inkişafı istiqamətində daha möhkəm təməl formalaşdırıb.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdə “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşağın ana dilində təhsil alması da Birinci vitse-prezidentin diaspor fəaliyyətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi barədə qərar tarixi əhəmiyyət daşıyır

Diasporumuz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında özünəməxsus fəaliyyət göstərib. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bu fəaliyyətin yalnız bir hissəsidir.

Dünya Azərbaycanlılarının Qurultayı hazırda xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir hesab olunur.

Bu baxımdan Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüfi etməsi, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Onu həm də Zəfər Qurultayı adlandırmaq olar. “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparılacağı Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq.

Günümüzün bu tarixi reallığı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, liderliyinin, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər