CƏMİYYƏT
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsini genişləndirib
![DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsini genişləndirib](/files/2022/2/1200x630/16548528736144135919_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtda hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə informasiya mübadiləsi genişləndirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisələri və nasaz avtomobillərin hərəkətinin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə informasiya mübadiləsi aparılır, 150-dan çox nöqtədə svetoforların sıxlığa görə tənzimlənməsi təmin edilir.
İdarəetmə Mərkəzində olan məlumatlar hər saatda iki dəfə olmaqla canlı yayımla “Avto FM” radio kanalı və digər informasiya resursları ilə ictimaiyyətə çatdırılır.