DİNARA GİMATOVA YUNANISTANDA İKİ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dinara Gimatova Yunanıstanda keçirilən beynəlxalq turnirdə çoxnövçülükdə və lentlə hərəkətlərin finalında üçüncü yeri tutmuşdur.
D.Gimatova demişdir: “Mart ayı mənim üçün uğurlu olmuşdur. Bu, Moskvada keçirilən beynəlxalq turnirdən sonra növbəti bürünc medalımdır. Mən getdikcə idman formamı mükəmməlləşdirir və düşünürəm ki, iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa birinciliyində və sentyabrın 16-23-də Patrasda dünya çempionatında əla formada olacağam”.
Aprelin 6-8-də Bakıdakı “Olimpiya” kompleksində Azərbaycanın bədii gimnastika üzrə 14-cü çempionatı keçiriləcəkdir. Yarışlarda güclü gimnastlarımız Dinara Gimatova, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və başqaları ilk iki gündə çoxnövçülükdə respublika çempionlarını müəyyən edəcəklər. Sonuncu gün isə ayrı-ayrı növlərdə final yarışları keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]