DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI
Eyni zamanda bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın baş katibi seçilmişdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi uğurların və ölkəmizin iqtisadi inkişafının təsdiqi kimi qiymətləndirildi.
Təşkilatda sədrlik rotasiya əsasında olacaqdır.
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.
X X X
Mətbuat konfransından sonra Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan prezidentləri zirvə görüşü münasibətilə Ukraynanın poçt xidməti tərəfindən buraxılmış yeni poçt markalarının təqdimat mərasimində iştirak etdilər. Dövlət başçıları poçt markalarını imzaladılar və sonra xatirə şəkli çəkdirdilər.
Bununla da GUAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısı başa çatdı.