Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ VƏ NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN ŞƏRƏFİNƏ

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də “Gülüstan” sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir. 

Salona toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi, Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezəri, Gürcüstan Prezidenti Eduard Şevardnadzeni hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı Heydər Əliyev ziyafətdə nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezər!

Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar!

Bu gün biz tarixi bir gün yaşayırıq. Bu gün bir neçə il üzərində işlədiyimiz və çox həyata keçirmək istədiyimiz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanılmasının təməlini qoyduq. Mən çox məmnunam ki, bunu biz Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və Amerika Birləşmiş Ştatları ilə bir yerdə edirik. ABŞ-ın energetika naziri bu mərasimdə iştirak etdi, ancaq onun Tokioda təcili işi olduğuna görə ziyafətə qala bilmədi.

Biz bu gün Səngəçalda, Bakı küləyinin əsməsinə baxmayaraq, çox böyük mərasim keçirdik. Yəni kəmərin təməl daşını atdıq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə yol açdıq. Bununla əlaqədar biz - Prezident Əhməd Necdət Sezər, Prezident Eduard Şevardnadze, Amerika Birləşmiş Ştatlarının energetika naziri, mən orada nitqlər söyləmişik və Bakı-Tbilisi-Ceyhan haqqında öz fikirlərimizi, sözlərimizi, arzularımızı demişik. Ona görə də mən indi yemək vaxtı bu barədə danışmaq istəmirəm. İstəyirəm deyəm ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin hazırlanmasında və indi ona həyat verilməsində iştirak edənlərin hamısına ürəkdən təşəkkür edirəm.

Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Əhməd Necdət Sezərə, Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadzeyə, Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Spenser Abrahama xüsusi təşəkkür edirəm. Ancaq bu böyük layihənin hazırlanmasında bizimlə bərabər, bizdən də çox zəhmət çəkənlər var. Birincisi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və onun tərkibində olan şirkətlər, Azərbaycan Dövlət Neft Şirkəti... Mən bu gün onların indiyə qədər gördükləri işi yüksək qiymətləndirərək bəyan edirəm ki, bu işlərin hamısı beynəlxalq standartlara uyğundur və bizim Xəzər dənizində neft hasilatı ilə əlaqədar bütün istək və arzularımızı yerinə yetirə biləcəkdir. Ona görə də bu şirkətlərə təşəkkür edir, onların çox yüksək peşəkarlığını qeyd edirəm. Mən eyni zamanda, bütün neftçilərə, inşaatçılara, bütün fəhlələrə, Azərbaycan övladlarına, müxtəlif ölkələrdən Azərbaycana gəlmiş və bu layihələr üzərində çalışan dostlarımızın hamısına təşəkkür edirəm.

Bu təşəkkürləri edərkən mən yalnız bir adamın, cənab Vudvordun xüsusi səylərini və çox yüksək səviyyəli rəhbərliyini xüsusi qeyd etmək istəyirəm.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri tikilməyə başlandı. Mən sizi təbrik edirəm və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə uğurlu yol arzulayıram.

Bunun üçün qədəhlərinizi qaldırmağı xahiş edirəm.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV dövlət başçılarına və qonaqlara bir daha müraciətlə dedi:

Hörmətli Prezident Əhməd Necdət Sezər!

Hörmətli Prezident Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar!

Bakı-Tbilisi-Ceyhan neft kəməri üç dövlətin ərazisindən keçir. Neft Azərbaycanda hasil edilir və bundan sonra da hasil olunacaqdır. Amma neftin dünya bazarlarına çıxarılması üçün, təbiidir ki, bizim üçün çox əlverişli marşrut lazımdır. Burada da çox fikirləşmək lazım deyildi. Çünki biz Bakı-Tbilisi-Ceyhan layihəsinə 1994-cü ildə Türkiyə Cümhuriyyəti və Gürcüstan ilə bir yerdə başlamışdıq.

Biz əvvəldən Türkiyə Cümhuriyyəti, onun hökuməti ilə, Türkiyənin keçmiş Prezidenti hörmətli Turqut Özalla, 9-cu Prezidenti hörmətli Süleyman Dəmirəllə bu işləri bir yerdə başlamışdıq, bir yerdə çalışırdıq. Bu boru xətti Türkiyəsiz ola bilməzdi. Biz Türkiyədən savayı başqa ölkədən, regiondan boru xəttini keçirmək istəməmişik. Ona görə də bizim əməkdaşlığımız çox səmərəli olubdur. Türkiyənin şirkətləri burada çox işlər görüblər. Biz daim məsləhətləşmik və təsadüfi deyil ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin inşa olunması haqqında 1998-ci ildə ilk dəfə Ankara bəyannaməsini qəbul etdik. Daha sonra, 1999-cu ildə İstanbulda, ATƏT-in zirvə görüşündə bu barədə saziş imzalandı. Bu sazişi Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Gürcüstan Prezidenti imzaladı. Qazaxıstan Prezidenti də buna qoşuldu. Ən əhəmiyyətlisi də odur ki, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti Bill Klinton da bu sazişi dəstəklədi və biz birlikdə böyük bəyanat verdik və Prezident Bill Klinton da həmin bəyanata öz imzasını atdı.

1999-cu ildən sonra əsas işlər başlandı. Bu işlərdə yenə də Türkiyə ilə Azərbaycan sıx əməkdaşlıq edirdi və Türkiyənin Prezidenti hörmətli Əhməd Necdət Sezər də bizimlə bərabər bu layihənin həyata keçirilməsi üçün çox səylər qoymuşdur, çox zəhmət çəkmişdir.

Türkiyə bizim üçün dost, qardaş ölkədir. Türkiyə xalqı ilə Azərbaycan xalqı arasında qədim dostluq, qardaşlıq əlaqələri var. Türkiyə bu gün də bizim üçün güvənc yeridir. Türkiyə bizim dostumuzdur. Biz Türkiyə ilə olan bu dostluğumuzu daim, əbədi olaraq davam etdirəcəyik.

Rica edirəm, qədəhlərinizi Türkiyə Cümhuriyyətinin və Türkiyə xalqının şərəfinə, Türkiyənin Prezidenti hörmətli Əhməd Necdət Sezərin şərəfinə qaldırasınız.

X X X

Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər mərasimdə nitq söylədi.

TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN NİTQİ

-Əziz dostum, Cümhur başqanı Heydər Əliyev!

Əziz dostum, Cümhur başqanı Eduard Şevardnadze!

Dəyərli qonaqlar!

Bu tarixi bir gündə qardaş ölkə Azərbaycanda olmaqdan böyük sevinc duyuram.

Bu gün ölkələrimiz, xalqlarımız üçün böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan boru xəttinin təməlinin qoyulması mərasiminin gerçəkləşdirilməsində iştirak etməyimiz bizə qürur və məmnunluq verir.

Türkiyə üçün öz qonşuları ilə əlaqələri inkişaf etdirmək hər zaman önəmli olmuşdur. Ətrafdakı və bölgədəki dövlətlərlə sülh və sabitlik yaratmaq məqsədi daşıyan Türkiyənin bu münasibəti böyük öndərimiz Atatürkün “Yurdda sülh, dünyada sülh” sözləri ən gözəl şəkildə ifadə olunmuşdur.

Qonşularımız arasında Azərbaycan ilə Gürcüstanın xüsusi və ayrıca yeri vardır. Bu, coğrafi yaxınlıqdan əlavə, xalqlarımız arasındakı güclü mədəni və tarixi əlaqələrdən qaynaqlanır.

Sovetlər Birliyi dağıldıqdan sonra Türkiyə iki dəyərli qonşusu - Azərbaycan və Gürcüstanla əlaqələrini yeni anlayışla canlandırmağa başlamışdır. Xalqlarımız arasındakı qardaşlığa, tarixi və mədəni əlaqələrə söykənən strateji tərəfdaşlığımız hər ötən gün daha da sağlam bünövrə üzərində inkişaf etməkdədir.

Çox hörmətli Cümhur başqanları!

Dəyərli qonaqlar!

Təməlini bu gün qoyduğumuz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri işbirliyimizin inkişafı yolunda önəmli bir addımdır. Dövlətlərimiz arasındakı işbirliyi yalnız siyasi sahədə əlaqələrin inkişafı ilə məhdudlaşmır. Siyasi sahədə əməkdaşlıq iqtisadi və mədəni işbirliyi ilə dəstəkləndiyi zaman daha da dərinləşir. İndi Bakı-Tbilisi-Ceyhan boru xətti iqtisadi maraqlardan əlavə, bu istiqamətdə də əhəmiyyət daşımaqdadır.

Ölkələrimiz arasındakı siyasi və iqtisadi əməkdaşlığın gözəl bir nümunəsi olan bu boru xətti həm də xalqlarımızın əbədi olan ümumi maraqlarına xidmət etməkdədir. Türkiyə bütün sahələrdə Azərbaycana və Gürcüstana öz köməyini əsirgəməmiş, bu dost və qardaş ölkələrin yanlarında olmuşdur. Əlaqələrimiz bundan sonra da ümumi mənafelərimiz və beynəlaxlq maraqlarımız istiqamətində davam edəcəkdir.

Bakı-Tbilisi-Ceyhan boru xətti bu istiqamətdəki qətiyyətimizi açıq şəkildə ortaya qoymaqdadır. Azərbaycan və Gürcüstanın da öz ölkələrində sülh və sabitlik yaratmaq səylərini dəstəkləməkdə davam edirik. Bu mənada Azərbaycan və Gürcüstanın bölgədə beynəlxalq hüquqa və münasibətlərə zidd olaraq qarşılaşdığı problemləri beynəlxalq hüquq normaları əsasında həll etmələrinə hər cür kömək göstərməyə hazırıq. Qafqazın möhkəm sülhə və sabitliyə nail olması bu önəmli bölgənin əhəmiyyətli ölkələri olan Azərbaycan və Gürcüstanın demokratik dövlətlər arasında layiq olduqları yeri ən qısa müddətdə əldə etmələri bizə də xoşbəxtlik və qürur verəcəkdir. Türkiyə Azərbaycan və Gürcüstanın bu məqsədə xidmət edən səylərini hər zaman olduğu kimi, bundan sonra da hərtərəfli dəstəkləyəcəkdir.

Hörmətli Heydər Əliyev!

Əziz qardaşım, Azərbaycanda olduğumuz müddətdə Sizin və Azərbaycanın digər vəzifəli şəxslərinin bizə göstərdikləri qonaqpərvərlik üçün təşəkkürlərimi bildirmək istəyirəm. Azərbaycanın öz vətənimiz olduğunu, eyni yurdun övladları olduğumuzu bir daha hiss etdik. Xalqlarımızı gözəl günlər gözləyir. Ölkələrimiz arasındakı möhkəm əməkdaşlığımızı davam etdirməyimiz Qafqazı sülh və sabitliyə qovuşduracaq əməkdaşlıq anlayışının bütün bölgəyə yayılmasını sürətləndirəcəkdir. Bu düşüncələrlə hamınızı hörmətlə salamlayır və qədəhimi dostlarım hörmətli Heydər Əliyevin, hörmətli Eduard Şevardnadzenin sağlığına, xalqlarımızın səadəti və müvəffəqiyyətləri, ölkələrimizin əbədi birliyi şərəfinə qaldırıram.

X X X

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

-Hörmətli qonaqlar!

Hörmətli dostlar!

Hörmətli Prezident Əhməd Necdət Sezər!

Hörmətli Prezident Eduard Şevardnadze!

Azərbaycan ilə Gürcüstan qonşu, dost, qardaş dövlətlərdir. Tale bizim xalqlarımızı Qafqazın gözəl bölgəsində yerləşdiribdir. Sevindirici hal odur ki, əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində yaşamışıq.

Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin, ümumiyyətlə, 1994-cü ildə Azərbaycanın neft strategiyasının həyata keçirilməsinə başlayanda bilavasitə Gürcüstanla və onun Prezidenti hörmətli Şevardnadze ilə əməkdaşlıq etmişik. Hasil ediləcək neftin Qərb istiqamətində, Gürcüstan ərazisindən nəqli üçün biz çox çalışdıq, Prezident Şevardnadze də çox çalışdı. Çünki bu marşruta çox mane olanlar var idi. Ancaq bunların hamısı aradan götürüldü və artıq onun qarşısını heç kəs ala bilməz.

İlkin neftin ixracı üçün biz Bakıdan Novorossiyskə - Rusiyanın Qara dəniz sahilindəki limanına boru xətti çəkdik və onunla nefti ixrac etməyə başladıq. Ancaq bizim əsas məqsədimiz Qərb istiqamətində Bakı-Supsa xəttini - Gürcüstanın Qara dənizdəki limanına böyük neft kəməri çəkmək idi. Biz buna da nail olduq. 1999-cu ildə bu boru xətti artıq istismara başladı və o vaxtdan indiyə qədər Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti hasil etdiyi neftin hamısını bu xətlə ixrac edir. Bakı-Supsa xətti ilə artıq 23 milyon ton neft ixrac olunubdur.

Bakı-Tbilisi-Ceyhan kəməri üçün, təbiidir ki, ən əlverişli marşrut Gürcüstandan, Türkiyədən keçən marşrutdur. Bunun üçün də çox işlər görməli olduq. Ancaq, Allaha şükürlər olsun ki, biz bu gün böyük bayram edirik. Bayram edirik ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasına başlanıbdır və bu boru xətti ilə neft Azərbaycandan, Gürcüstanın ərazisindən, Türkiyənin ərazisindən keçərək Aralıq dənizindəki Ceyhan limanına çatacaqdır.

Beləliklə, Prezident Şevardnadze əvvəldən indiyə qədər bu layihənin hazırlanması, həyata keçirilməsi üçün çox səylər qoymuşdur və ümumi səylərimizin, işbirliyimizin nəticəsində də biz indi bu xoşbəxt günə gəlib çatmışıq. Gürcüstan ilə bizim başqa sahələrdə də əməkdaşlığımız var və bu əməkdaşlıq bundan sonra da davam edəcəkdir.

Məlumdur ki, Gürcüstan indi müəyyən səbəblərdən gərgin vəziyyət keçirir. Ancaq biz bilirik ki, gürcü xalqı və onun hörmətli Prezidenti böyük iradəyə malikdirlər. Ona görə öz dövlətinin suverenliyinin, ərazi bütövlüyünün qorunması yolunda nə lazımdırsa edəcəklər.

Təklif edirəm, qədəhlərimizi gürcü xalqının şərəfinə, müstəqil, azad Gürcüstanın şərəfinə və Gürcüstanın Prezidenti hörmətli Eduard Şevardnadzenin şərəfinə qaldıraq.

X X X

X X X Sonra Gürcüstan Prezidenti nitq söylədi.

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN NİTQİ

-Əziz dostum, əziz qardaşım, Azərbaycan dövlətinin Prezidenti cənab Heydər Əliyev!

Əziz dostum, bizə qardaş Türkiyənin Prezidenti cənab Sezər!

Hörmətli xanımlar və cənablar!

Bu gün tarixi bir gündür. Həqiqətən tarixi bir gün - üç xalqın, millətin, üç dövlətin həyatında tarixi bir gün. Mən məcburam ki, öz çıxışımı qısaldam. Çünki gördüyünüz kimi, iki dilə tərcümə olunur. Mən burada sizə oxumaq üçün yazdıqlarımın hamısını desəm, onda biz səhərə qədər burada oturmalı olarıq. Ona görə də bu gün burada konkret olaraq qarşıma qoyduğum məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqının böyük oğlu, dünyada tanınmış siyasətçi, Azərbaycan xalqının tanınmış lideri cənab Heydər Əliyevə öz səmimi minnətdarlığımı bildirim.

1990-cı illərdən üzü bu yana mən və dostum, qardaşım Heydər Əliyev neft kəmərlərinin, qaz kəmərlərinin problemlərinə dəfələrlə qayıtmışıq, müzakirələr aparmışıq.

Bu gün mən və mənim xalqım xoşbəxtdir. Ona görə xoşbəxtdir ki, bu günü də gördük. Bakı-Tbilisi-Ceyhan layihə, ideya deyil, artıq həyata keçirilmiş işdir. Bu layihəyə, həmin ideyaya qarşı ayrı-ayrı dövlətlər və qüvvələr tərəfindən, demək olar ki, fasiləsiz təzyiqlər var idi. Qızğın mübarizələr gedirdi, kənardan müdaxilələr olurdu, göstərişlər verilirdi. Çalışırdılar ki, bu layihənin həyata keçirilməsinə hər cür maneçilik etsinlər. Mən bu gün dediyim sözləri sizin qarşınızda da bir daha təkrar etmək istəyirəm. Heydər Əliyevin şəxsi qəhrəmanlığı, müdrikliyi, cəsarəti olmasaydı, həmin layihə bu gün də həyata keçirilə bilməyəcəkdi. Mən göstərdiyi şücaətə, qəhrəmanlığa və mərdliyə görə bir daha sizin qarşınızda xalqım adından, öz adımdan Azərbaycanın Prezidenti cənab Heydər Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Gürcü, Azərbaycan və türk xalqları üçün etdiklərinə görə mən ona minnətdarlığımı bildirmək istəyirəm.

Mən Bakıya ona görə gəldim ki, bir daha buradan böyük türk xalqını, böyük Türkiyəni, onun rəhbərlərini, böyük mədəniyyətin və böyük tarixin sahibi olan türk xalqını buradan salamlayım. Türkiyənin dəstəyi olmasaydı, Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəlin, Türkiyənin çağdaş Prezidenti cənab Sezərin dəstəyi olmasaydı, beynəlxalq dəstək olmasaydı, sözsüz ki, biz bu layihəni həyata keçirə bilməzdik. Ona görə də türk xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Ona görə dərin minnətdarlığımı bildirirəm ki, onların dəstəyi ilə biz tarixən qısa müddət olan on il ərzində mümkün olmayan uğurlar qazandıq. Ona görə də mən cənab Sezərdən xahiş edirəm ki, bizim salamlarımızı, minnətdarlığımızı böyük türk xalqına çatdırsın.

Cənab Heydər Əliyev bu gün artıq qeyd etdi ki, həmin layihənin həyata keçirilməsində Amerika Birləşmiş Ştatlarının misilsiz rolu olmuşdur. Doğrudan da, Amerika Birləşmiş Ştatlarının, onun rəhbərlərinin və Prezident Corc Buşun dəstəyi olmasaydı, bu layihə həyata keçirilə bilməzdi.

Xoşbəxtəm ki, bu gün mən burada nəhəng, dünyamiqyaslı neft şirkətlərinin nümayəndələrini görürəm. Həmin şirkətlər əllərindən gələni, nə vaxtlarını, nə də vəsaitlərini əsirgəmirlər ki, Xəzər dənizinin sərvətləri bütün dünyanın sərvəti olsun.

Artıq neçə illərdir bizim dövlətlərimizin xeyrinə fasiləsiz və maneəsiz işləyən Bakı-Supsa neft kəməri təsdiq etmişdir ki, Gürcüstan Sizin, Azərbaycan xalqının, dövlətinin layiqli tərəfdaşıdır. Mən əmin etmək istəyirəm ki, biz həmişə, daim sizin tərəfdaşınız olacağıq.

Bir məsələni də qeyd etmək istəyirəm. Gürcüstanda artıq neçə müddətdir ki, böyük qaz kəmərinin tikintisi barədə düşünürlər, bunu arzu edirlər. Sözsüz ki, bu, təkcə gürcü xalqının yox, həm də Azərbaycan xalqının, başqa dövlətlərin istəyinə uyğundur. Bizim layihəmizə, həyata keçirdiyimiz bu böyük işlərə gələcəkdə qoşulacaq ayrı-ayrı dövlətlərə, ölkələrə indidən minnətdarlığımı bildirmək istəyirəm. Bu işdə Gürcüstana, Azərbaycana, Türkiyəyə qoşulacaq ayrı-ayrı dövlətlərə indidən təşəkkürümü çatdırıram. Mənə belə gəlir ki, gələcəkdə Qazaxıstan, Orta Asiya dövlətləri hökmən həmin ideyaya qoşulacaqlar.

Mən əminəm ki, üç layihə, - mən iki ixrac neft kəmərini və qaz kəmərini nəzərdə tuturam, - üç dənizsahili dövləti bir-biri ilə daha möhkəm tellərlə bağlayacaqdır. Mən Xəzər dənizini, Qara dənizi və Aralıq dənizini nəzərdə tuturam.

Mən badəni, sözsüz ki, ilk növbədə dostum, qardaşım Azərbaycan dövlətinin Prezidenti Heydər Əliyevin sağlığına və Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin sağlığına və onlar başda olmaqla sizin hər birinizin sağlığına qaldırıram.

X X X

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev nitq söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN  NİTQİ

-Hörmətli xanımlar və cənablar, dostlar!

Bu gün bütün mərasim vaxtı Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin hazırlanması və onun həyata keçirilməsi haqqında çox danışıldı.

Bu layihənin həyata keçirilməsinə müqavimət göstərənlər, maneçilik edənlər var idi. Ancaq Amerika Birləşmiş Ştatlarının hökumətinin əvvəldən, 1994-cü ildən Xəzər hövzəsinə, Azərbaycan neftinə göstərdiyi maraq və ümumiyyətlə, Qafqaza, Azərbaycan bölgəsinə göstərdiyi maraq ABŞ-ı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsinə çox yaxından cəlb etdi. Ona görə də biz Amerika Birləşmiş Ştatlarının hökuməti ilə bu barədə çox danışıqlar aparırdıq. Prezidentdən bizə məktublar gəlirdi. Həmin məktublarda bizim apardığımız iş dəstəklənirdi. Deyə bilərəm ki, əgər Amerika Birləşmiş Ştatlarının, onun hökumətinin güclü dəstəyi olmasaydı, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri bu günkü vəziyyətə gəlib çata bilməzdi.

Amerika Birləşmiş Ştatlarının energetika naziri mənimlə söhbətdə dedi ki, ABŞ özünün uzunmüddətli neft strategiyasını hazırlayıb və həyata keçirir. Bu strategiyada Xəzər dənizinin sərvətləri, neft sərvətləri, Azərbaycan özünün xüsusi yerini tutubdur. Mən çox məmnunam ki, Prezident Buş bu məsələlərə və Azərbaycana çox diqqət yetirir və bizim burada apardığımız işlərin həyata keçirilməsi üçün dəstək verir və güman edirəm ki, bundan sonra da biz bunun şahidi olacağıq.

Prezident Buş bu gün bizə çox dəyərli təbrik məktubu göndəribdir. Ona görə mən bir daha təşəkkür edirəm.

Biz Fransa Prezidenti Jak Şirakdan, Böyük Britaniyanın baş naziri Toni Bleyerdən, Norveçin baş nazirindən də çox dəyərli təbrik məktubları almışıq. Bunlara görə mən öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən rica edirəm, qədəhlərinizi dünyanın ən qüdrətli dövləti, ölkəsi olan Amerika Birləşmiş Ştatlarının, onun xalqının şərəfinə, Azərbaycanda böyük işlər görən Amerika vətəndaşlarının şərəfinə, ABŞ-ın Prezidenti hörmətli Corc Buşun şərəfinə qaldırasınız.

X X X

Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə sədrləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların, xarici neft şirkətlərinin, Bakı ictimaiyyətinin nümayəndələri ziyafətdə iştirak edirdilər.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun və

Rafiq Bağırovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək