Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 8 may, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hazırda böyük nailiyyətlər qazanır.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və komitənin Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov da tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyatı, şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti barədə danışıblar.
Sonda Ulu Öndərin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə, onlarla müvəqqəti məskunlaşma yerlərində görüşlərinə, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərə həsr edilən videofilmlər nümayiş olunub.